Modern.az

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

ABŞ-ın paytaxtında Azərbaycan Milli Günü bəyan edildi

Aktual

27 May 2020, 08:58

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.

 

Azərbaycan Demokratik Respublikasının qadınlara seçki və bərabər seçki hüquqlarını təmin edildiyi və bütün vətəndaşlarına irqindən, cinsindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bərabər hüquqların tanındığı qeyd olunub.

Daha sonra Azərbaycanın 1922-ci ildə Sovet birliyinə daxil edildiyi və 60 ildən çox müddət sonra yenidən 1991-ci ildə müstəqilliyini bərpa etdiyi yazılır. Elə o vaxtdan Azərbaycan müstəqilliyini möhkəmləndirmiş və Azərbaycanın suverenlik və müsətqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

 

Mer Bouzer imzaladığı bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.

Qeyd edək ki, Vaşinqton meri tərfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib. Əvvəlki illərdə mer ofisinin yüksəkrütbəli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan Repsbulika Günü ilə əlaqədar keçirdiyi təntənəli ziyafətdə təqdim olunub. Bu il COVİD19 pandemiyasının olmasını nəzərə alaraq Bəyannamə mer ofisi tərəfindən birbaşa Səfirliyə təqdim olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi