Modern.az

Gördüyüm yuxunu suya danışım…

Gördüyüm yuxunu suya danışım…

27 May 2020, 10:05

Modern.az gənc şair Nizami Byaramlının 2 yeni şeirini təqdim edir.

Gördüyüm yuxunu suya danışım

 

Demə məhəbbətin gözləri kormuş,

görmür ki, həsrətlə yaşayanları.

Nə həsrət yükünü daşıya bilir,

nə yaşaya bilir yaşananları.

 

Hər gün yuxuların düşüb dalınca,

qaçıram, qaçıram çata bilmirəm.

Nə bu yuxulardan qurtula bilib,

nə də ki başımı qata bilmirəm.

 

Ha çalışıram ki, yadımdan çıxsın,

məni məcbur edir həyat, barışım.

Bəlkə həqiqətə çevrilsin deyə,

gördüyüm yuxunu suya danışım?

 

Qarğış

 

Gözlərinə baxanda, oxumaq istəyirəm, baxışın yazısını, alaram qadasını,

Bağışla ki əzizim, vaxtında öyrənmədim, “gözün əlifbasını.”

 

Hərədə bir qüsur var, bu təkcə məndə deyil, çox şeyi bilənlərin hamsı birini bilmir,

"İtin dilini" bilən adamlar var ilahi, gözün dilini bilmir

 

Çox yanıqlı ağladın ən sonuncu görüşdə, elə bildim görüşə ağlayanlar çıxırlar,

Biz ayrılandan bəri, indi gülən qızlara şəhərdə pis baxırlar.

 

Mən o vaxtdan özümü bağışlaya bilmirəm, anası ölmüş dedim, sənə pis təsir etdi,

Dilim bəlaya gəlsin, səhəri gün eşitdim, anan rəhmətə getdi.

 

Amma inan bu dəfə hər şey bir başqa cürdü, niyyətim çox açıqdı, qarğışım da çox asan,

Bağışla mən deyəsən, sənə qarğış edəcəm, kiminsə olmayasan.

 

Başqasının da olsan yalvaracam Allaha, car çəkəcəm aləmə,

Qismətimi əlimdən alanların toyunu, mənə qismət eləmə.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır