Modern.az

Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı

Türkiyədə koronavirusa yoluxanların sayı yenidən artdı

27 May 2020, 21:27

Türkiyədə son sutka ərzində daha 34 nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 431 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 21 043  nəfərdən  1 035-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  159 797 nəfərə çatıb. Müalicə olunan 1 286  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  122 793 nəfər koronavirusdan müalicə olunub".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü