Modern.az

Mayk Pompeodan Azərbaycan xalqına Respublika günü TƏBRİKİ

Mayk Pompeodan Azərbaycan xalqına Respublika günü TƏBRİKİ

Aktual

28 May 2020, 09:59

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycanı Respublika günü münasibətilə ABŞ hökumətinin adından təbrik edib.

 

Modern.az bu barədə ABŞ Dövlət Departamentinin saytına istinadən məlumat verir. Təbrikdə qeyd olunur ki, ABŞ və Azərbaycan 30 il ərzində vacib tərəfdaşlıq münasibətlərini dəstəkləyir:

“Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi kimi vacib məsələlərlə məşğul oluruq. Biz Əfqanıstanda sülhün bərqərar olunması və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üzrə çiyin-çiyinə işləyirik. Ölkələrimiz dünyada mühüm problemlərin həllində əməkdaşlığı davam etdirir”.

 

M.Pompeo qeyd edib ki, ATƏT Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir:

“Bu il COVID-19 pandemiyası yeni çağırışların yaranmasına səbəb olsa da, mən əminəm ki, Azərbaycan xalqı bunun öhdəsindən cəsarətlə və qətiyyətlə gələcək. ABŞ Azərbaycanın yanındadır , ölkənin suverenliyini və müstəqilliyini dəstəkləyir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır