Modern.az

Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı  

Beyləqanda ağır qəza - ata öldü, oğlu yaralandı  

29 May 2020, 12:53

Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Modern.a-a verilən məlumata görə, Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

 

Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi