Arxiv
30 May 2020, 12:07 | ƏDƏBİYYAT
" AYB-nin bölmələri, dövri nəşrləri olduqca bərbad durumdadır” – Emil Rasimoğlu ilə “Şənbə söhbəti”  

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Emil Rasimoğlu ilə mövcud ədəbi prosesdən, qarşıdan gələn qurultaydan danışdıq.

 

Şair Modern.az-ın “Şənbə söhbəti”ndə üzvü olduğu qurumun idarə heyəti ilə davam edən konfliktlə bağlı fikirlərini soruşduq. Mövcud ədəbi prosesin sönüklüyü ilə bağlı fikirlərini öyrəndik.

 

- Emil bəy, yaradıcılıqda nə yenilik var? Kitabınızı çap etdirməyi düşünürsünüzmü bu aralar?

 

- Kağız, qələm mənim həyat tərzimdi. Bu baxımdan da yazı-pozu havasından sözün yaxşı mənasında heç vaxt qurtulmuram. Heç qurtulmaq da istəmərəm. Yeni şeirlər yazmışam. Mətbuatda çap olunanı da var, olunmayanı da. Kitab çap etdirməyə gəlincə, gələn il üçün nəzərdə tuturam. Görək də...

 

- Yazıçılar Birliyinin İdarə heyəti ilə aranızdakı konflikti həll edə bildinizmi? Qurultay nə zamandır, buraxılacaqsınızmı qurultaya?

 

- Öncə deyim ki, konflikti yaradan biz yox, onlar olub. Öz hüququndan istifadə etməyin qəbahət harasındadır ki... Amma Yazıçılar Birliyinin rəsmilərinin çıxışlarından, planlarından belə başa düşülür ki, hələ də üç gəncin qurultayda namizəd olacağını qəbul etmək istəmirlər. Hətta bu istiqamətdə müəyyən tədbirlər də görmək istəyirlər. Qurultayın keçirilməsinə gəlincə isə bu ilin payızına nəzərdə tutulub. Gələk sulınızın növbəti hissəsinə. Bizi qurultaya nə deyib buraxmayacaqlar?! Hərçənd ki, bir bu qədər təpki göstərən AYB rəhbərliyindən o da gözlənilən haldı. Amma o zaman nə etsələr bu, qeyri-qanuni halda baş verəcək. Bu da bütün hallarda hüquqi bir dövlətdə qəbuledilməzdir.

 

- Emil bəy, mövcud ədəbi prosesin sönüklüyü nə ilə əlaqədardır? Rəngsizliyin günahkarları kimlərdir?

 

-Bilirsiniz, qələm adamının daxili dünyası gərək azad olsun. İnsanın ölümü onun azadlığının bitdiyi yerdən başlayır. İllah da sən yaradıcı adam olasan...Belə olmadığı halda ədəbi prosesin dinamikliyindən necə danışa bilərik? Üç- beş faizini çıxsaq, bu mühitin yaradıcı adamlarının hərəsinin boynunda bir qılınc yeri var. Bütün addımlar, çıxışlar hətta yazılar belə şəxsi maraqlara, mənafelərə, münasibətlərə hesablanır. Hərdən 37-ci ildə sürgün kağızlarına qol çəkənləri qınayırlar. Yaxşı, guya bu gün o kağızlar olsaydı şəxsən sən Tural Turanın, mən Emil Rasimoğlunun ölümünə və ya işgəncəsinə bu mühitdə qol çəkən tapılmayacaqdımı?! Nəyinki tapılmaq hətta növbəyə duracaqdırlar. İyirmi birinci əsrdə, konstitusiyalı, qayda-qanunlu ölkədə sənə, mənə hədə-qorxu gələn bir AYB rəsmisi 37-ci ildə yaşasaydıq, sürgünümüzə qol çəkməzdimi? Əlbəttə çəkərdi. Həm də tərəfdarları ilə birgə. Günahkar isə yenə mütiliyə söykənən bu ədəbi mühitdir.

 

- Bizim yerli yazarların dünya ədəbiyyatına çıxa bilməməsinin səbəbləri nələrdir? İstedad qıtlığı var, yoxsa dünyaya çıxmaq üçün bizim şair və yazıçıların nəfəsi çatmır?

 

-Deməzdim, istedad qıtlığı var. Çünki bu gün kifayət qədər istedadlı imzalar var. Bu öz yerində. Amma onunla da tam razıyam ki, dünyaya çıxmaq məsələsində ilkin problem düşüncə nəfəsinin çatmamasıdır. Lakin, bizdə tək problem bu deyil. Ona görə də dünyaya çıxmaq məsələsi bizdə birtərəfli müzakirə oluna bilməz. Burada o dediyin nəfəsin çatmaması ilə bərabər özümüzə sahiblənə bilməməyimiz də var. İstedad mütləqdisə istedada sahib çıxıb onu təqdim etmək də şərtdir.

 

-Bölgələrdə ədəbi prosesin durumu nə yerdədir? Yazıçılar Birliyi bu istiqamətdə nə kimi işlər görüb?

 

-Bununla bağlı bir neçə dəfə mətbuatda fiki bildirmişəm. Bu gün iki-üç rayonu istisna etsək, əyalətlərdə ədəbi mühit yoxdu. Yazıçılar Birliyi isə bu istiqamətdə nəyinki hər hansı işlər görülür, ümumiyyətlə, rabitəsizləşib desəm, yanılmaram. Hansı ki, AYB-nin filialları var və yetərincə də işlər görə bilər.

 

-Bu yaxınlarda Ramiz Rövşən və Salam Sarvan yaradıcılığı ilə bağlı sərt fikirlər səsləndirmişdiniz? Doğrudanmı mütaliyələrindən imitasiyalar ediblər. Faktlarla əsaslandıra bilərsinizmi?

 

- Son günlər Ramiz Rövşənin və Salam Sarvnın yaradıcılığı haqqında səsləndirdiyim fikirlər müxtəlif müzakirələrə səbəb oldu. Bu iki şəxs haqqında yazdıqlarımda ortaq olan hər ikisinin yaradıcılığının mütaliyədən gələn tərəfinin olmasıdır. Məsələn, bir nümunə göstərim:

Məhəmmədhüseyn Şəhriyar yazır;

 

"Yatmış hamı, bir Allah oyaqdı, dəxi bir mən,

Məndən aşağı kimsə yox, ondan da yuxarı."

 

Bəs yaxşı, illər sonra Ramiz bəy nə yazır:

 

"Nə var Allahdan yuxarı?

Nə var qəbirdən aşağı".

 

Bu nədir? Mütaliyədən gəlmə deyilmi? Ramizin yaradıcılığında bu kimi hallara çox rast gəlmək olar. İstər Şərqə, istərsə də Qərbə məxsus matreallardan gəlmələr. Özdə ki, tək nəzm yox, oxuduğu nəsir kitablarından, dini, fəlsəfi kitablardan və.s. Hələ Ramizin bəxti orda gətirib ki, mən onu plagiatlıqda suçlamıram (gülür). Salama gəldikdə isə Salamın son tərcümələrinə və yazdığı elə son şeirlərə baxmaq kifayətdir, nəyinki digər yaradıcılıq nümunələrinə.

 

Bir də ki, tək fikiri olduğu kimi götürüb istifadə etməkdən söhbət getmir. O bir yana… Eyni zamanda, oxuyub görürsən ki, şeirin psixologiyası, beyni, rəng çalarları, ruhu özünün poetik qəlbindən hazırlanmayıb.

 

Yeri gəlmişkən onu da qeyd edim ki, Salamın, Ramizin sənət tərəfi çox azdı. Bu adamlar sənət müstəvisindən çox kütlə müstəvisində var. Başına kütləni toplayan yaradıcı adamın sənət tərəfi çox ola bilməz. Azərbaycan ədəbiyyatında bu taleyi çoxları yaşayıb və yaşamaqdadır.

 

 

-Ölkədə kitab satışı çox zəifdir. Sizcə, kitab sənayesinin inkişaf etdirilməsi işini kim öz üzərinə götürməlidir?

 

-Məsələyə bir az əvvəldən yanaşsaq daha yaxşı olar. Bilirsiniz, ümumilikdə hazırkı cəmiyyətin oxu mədəniyyəti çox kiçikdir. Problemin kökü də məhz buradadı. Bu cəmiyyəti mənəvi hisslərdən uzaqlaşdırıblar. Tələbat olunca kitab sənayesi də inkişaf edəcək. O zaman o işi yerinə yetirən kadrlar da formalaşacaq. Yetər ki, oxucu kütləsi olsun. Axı yoxdu...

 

 

-Fikrət Qoca deyir ki, yazıçıları tanıtmaq Yazıçılar Birliyinin işi deyil.Onlar özlərini tanıtmalıdırlar. Daha doğrusu, yazıçıları bu işin təbliğatçıları tanıtmalıdırlar. Siz necə düşünürsünüz? Yazıçılar Birliyi doğurdanmı tanıtmamalıdır?

 

- Yazıçılar Birliyinin funksiyasının bir işi də ondan ibarətdir ki, yazıçını öz imkanları çərçivəsində diqqətdə saxlasın, istər ölkə daxilində istərsə də ölkə xaricində onu təqdim və təbliğ etsin. AYB-nin bölmələri, sektorları, dövri nəşrləri bərbad durumdadır. Bölmələrə baxma, nəşrləri keyfiyyət baxımından nəzarətdə saxlama, yerli yazarları təqdim və təbliğ etmə... Bəs, Fikrət Qocadan soruşmaq lazımdır ki, bu AYB-nin işi nədən ibarətdir?!.

 

 

-Yuxarıda adını çəkdiyimiz AYB katibi onu deyir ki, Yazıçılar Birliyinn büdcəsi yoxdu, hamımız maaşa işləyən adamlarıq. 300-400 manat maaş alırıq. Bu fikirə münasibətiniz nədir?

 

- Bu Fikrət Qocanın belə sözlərini eşidəndə adamın necə deyrlər əli üzündə qalır. Dövlət büdcəsindən hər il yarım milyona yaxın Yazıçılar Birliyinə pul ayrılır. Üstəgəl, ölkə rəhbərinin ayırdığı yardımlar… Necə yəni, Yazıçılar Birliyinin büdcəsi yoxdu? Təkcə 2019-cu ildə Yazıçılar Birliyinə daxil olan pulların miqdarı bir milyonu keçir. Yarım milyon öz büdcəsi, səkkiz yüz min əlavə yardım… Bəs indi o Fikrət Qocaya sual edirəm. Hara xərcləndi bu pullar? Ortada iş yox, hesabat yox...

 

Qaldı ki, Fikrət Qocanın nə qədər maaş almasına. Heç kim Fikrət Qocaya demir ki, öz maaşından kiməsə, harayasa pul xərclə.  Söhbət dövlətin ayırdığı pullardan, yardımlardan gedir.

 

 

-AYB rəsmiləri açıqlamalarında bildirirlər ki,  birlik dövlət qurumu deyil ki, burada gənc olsun, yaradıcı qurumdu. Yaradıcı qurumda gənclərin sədrliyi məqbul sayılmır. Ona görə ki, həmin adam dünya şöhrətli olmalıdır, tanınmalıdır. Münasibətinizi öyrənmək istərdik...

 

-Əvvəla, bu fikirlər Fikrət Qocanın vəzifə hərisliyindən, gəncliyi qəbul etməmək niyyətindən, mühafizəkarlığından doğan fikirlərdi, əsassız arqumentlərdi. Digər tərəfdən, məgər Anarın atası Rəsul Rzanın 29 yaşında Yazıçılar Birliyinə sədr seçilməsi faktını Fikrət Qoca bilmirmi? Çox yaxşı bilir. O zaman Rəsul Rza gənc deyildimi? Gənc idi. Ya bəlkə 29 yaşlı Rəsul Rza dünya şöhrətli idi? Dünya şöhrətli deyildi. Rəsul Rzaya sədr seçilmək məqbul idi, Rəsul Rzadan dəfələrlə böyük istedada malik olan Fuad Cəfərli, Tural Turan kimi imzalara məqbul deyil?!..

 

Tural Turan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44