Modern.az

Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək

Peşə məktəblərində oxuyanlara qiymətlər bu QAYDADA veriləcək

30 May 2020, 14:15

Peşə təhsili pilləsində təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün səriştənin qiymətləndirilməsi nəticələri 5 ballıq qiymət şkalası (2,3,4,5) ilə ölçülür. 

 

Modern.az-ın məlumatına görə, bu barədə  Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilən “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası”nda qeyd edilib. 

 

Bildirilib ki, təhsilalanlar tapşırıq üzrə meyarları 20%-dək yerinə yetirdikdə “2”, 20%-60% yerinə yetirdikdə “3”, 60%-80% yerinə yetirdikdə “4”, 80%-100% yerinə yetirdikdə “5”-lə qiymətləndirilir.

 

Təhsilalanın səriştəsinin qiymətləndirilməsindən aldığı qiymət onun yekun qiyməti hesab olunur. Yekun qiymətləndirmənin nəticələri imtahan protokoluna yazılır və DAK-ın sədri və üzvləri tərəfindən imzalanır.

 

DAK-ın qərarı əsasında məzunlara ixtisas dərəcəsi göstərilməklə peşə təhsili haqqında diplom və ya sertifikat verilir. Diploma əlavədə tələbənin aralıq və yekun qiymətləndirilməsinin nəticələri qeyd edilir.

 

Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir