Modern.az

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI - FOTO

Aktual

30 May 2020, 21:16

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 30-na olan statistik göstəriciləri açıqlayıb.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə,  bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 661 test edildiyi bildirilib.

Ölkə ərazisində indiyə qədər 294 264 test aparılıb.

 

Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 5 246, vəfat edənlərin sayı 61, sağalanların sayı 3 327-dir.

Qeyd edək ki,  hazırda 1 858 aktiv koronavirus xəstəsinin 82-si reanimasiyadadır, 15 nəfər süni tənəffüs aparatına qoşulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür