Arxiv
31 May 2020, 10:15 | AKTUAL
Cavanşir Feyziyev Şirinbulaq sakinləri ilə görüşüb - FOTO

Şəkidəki 115 saylı seçki dairəsindən deputat seçilmiş Cavanşir Feyziyev 29 may 2020-ci ildə dairənin Şirinbulaq kəndində seçicilərlə görüşüb. Şirinbulaq kəndi Şəkinin dağlıq ərazisində və yol-nəqliyyat infrastrukturundan qismən kənarda yerləşən ucqar kəndlərdən biridir. 2019-cu ilin yay aylarında deputatla görüş zamanı sakinlər kənddə telefon rabitəsinin olmadığını, ətrafdan keçən magistral yollara qədər olan 13 km-lik məsafənin torpaq yol olduğunu və pis hava şəraitində kəndə giriş-çıxışın çətinləşdiyini bildirmişdilər. Həmin vaxt deputatın müvafiq qurumlara müraciətindən sonra kənddə mobil rabitə operatoru Bakcell tərəfindən siqnal qəbuledici antena quraşdırılıb və Şirinbulaq kəndini Əlyar kəndi ilə birləşdirən yeni asfalt yolun çəkilişinə başlanıb. Deputat yol çəkilişi ilə bağlı aparılan işlərlə yerində tanış olub. Hazırda eni 10 m olacaq yeni asfalt yolun çəkilməsi üçün qazıntı və bərkitmə işləri aparılır. Dağlıq ərazidə yeni yolun çəkilişi üçün əraziyə çoxsaylı xüsusi texnika gətirilib. Kənd sakinləri kənddə görülən abadlıq işlərinə görə prezident İlham Əliyeva minnətdarlıqlarını bildiriblər. Görüşdə həmçinin xüsusi karantin rejimində kənd sakinlərinə göstərilən humanitar yardım, aztəminatlı ailələrin ictimai işlərə cəlb olunması və s. məsələlər müzakirə olunub. 90-cı illərdə kəndi tərk edib Rusiyaya getmiş kənd sakinlərinin artıq geri qayıtmağa başladığı bildirilib. Vətəndaşlar həmçinin kənddə yeni məktəb binasının tikilməsinə ehtiyac olduğunu bildiriblər. Mövcud məktəb binasına baxış keçirilib və müvafiq qurumlar qarşısında yeni məktəb binasına ehtiyac olması haqqında məsələ qaldırılması qərara alınıb. Görüşdə kənd icra nümayəndəsi və bələdiyyə sədri də iştirak edib.

Mayın 30-da deputat Cavanşir Feyziyev seçicilərlə görüşlərini  Şəki şəhərində davam etdirib. Deputatın Şəkidə yerləşən qəbul ofisində  vətəndaşların fərdi qəbulu keçirilib. Deputat öncədən məktubla fərdi görüş arzusu ilə müraciət  etmiş 14 seçici ilə təkbətək görüşüb. Görüşlərdə vətəndaşlar şəxsi məsələləri ilə bağlı – əsasən yaşadıqları ev və mənzillərin qəzalı vəziyyətdə olması, bank kreditlərinin ödənilməsi, şəhidlik statusunun təsdiq edilməsi, sosial pensiya təminatı, iş yerləri və məhkəmə qərarları ilə bağlı üzləşdikləri problemləri müzakirə ediblər. Deputat səsləndirilən şikayətlərlə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyini və vətəndaşları narahat edən suallara aydınlıq gətirələcyini vəd edib. Görüşlərdə deputatın köməkçisi Akif Salamov iştirak edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29 Ermənilər Kəlbəcər suyunu “Murov” brendi ilə xaricə satacaq – FOTO 9 İyul 2020, 15:24 Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək 9 İyul 2020, 15:21 Onlayn imtahanlara fərqli rəng qatan,  tələbələr üçün darıxan universitet - REPORTAJ   9 İyul 2020, 15:18 Saxta spirtli içki satışı ilə ölümə səbəb olmuş şəxslər HƏBS EDİLDİ 9 İyul 2020, 15:13