Modern.az

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu

Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza ləğv olundu

31 May 2020, 12:36

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, layihə barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Sazişə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

 

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı