Modern.az

Məqsəd vətəndaşları cərimələmək yox, onları qorumaqdır - Əli Hüseynli

Məqsəd vətəndaşları cərimələmək yox, onları qorumaqdır - Əli Hüseynli

Aktual

1 İyun 2020, 12:59

“Hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir".

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı I vitse-spiker Əli Hüseynli deyib.

 

O bildirib ki, burada məqsəd heç bir halda vətəndaşları cərimələmək deyil, onları qorumaqdır:

 

“Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok