Modern.az

“Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz”

“Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz”

2 İyun 2020, 16:38

“Milli Məclisin sədri Sahibə Qafarova iclasda deputatlara cari məsələlərin müzakirəsi zamanı söz verir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. O, bunun üçün sədrə təşəkkür edib və bu gün keçirilən iclasda deputatların bölgələrdə olan suvarma problemi ilə bağlı çıxışlarını xatırladıb:

 

“Ölkə başçısı bölgələrdə artezian quyularının qazılması ilə bağlı göstəriş verir. Ancaq bu, kənd təsərrüfatının inkişafına kömək etməyəcək. Bununla bağlı layihələr hazırlanmalıdır. Mən sizdən xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü