Modern.az

Qərb bölgəsinə dolu düşdü

Qərb bölgəsinə dolu düşdü

Aktual

2 İyun 2020, 21:56

Azərbaycanın qərb bölgəsində - Daşkəsən, Gədəbəy, Şəmkir və Göygöl rayonlarında leysan xarakterli intensiv yağış müşahidə olunub.

Modern.az xəbər verir ki, həmçinin bir çox dağ kəndlərinə və rayon mərkəzlərinə dolu düşüb.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb, əkin sahələrinə və meyvə ağaclarına zərər dəyib. Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir, güclü şimşək çaxır. (Report)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı