Modern.az

Azərbaycanda koronavirusa yoluxmuş məhkumlardan xəbər var

Azərbaycanda koronavirusa yoluxmuş məhkumlardan xəbər var

Aktual

3 İyun 2020, 09:12

Azərbaycanda koronavirusa yoluxmuş 46 məhkumun 90 faizindən çoxu sağalıb. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyi yanında İctaimi Komitənin üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyevin sözlərinə görə, məhkumlar arasında yeni yoluxma faktı qeydə alınmayıb:

“Buna səbəb vaxtında həyata keçirilmiş izolyasiya tədbirləridir. Məhkumlar arasında yoluxmanın baş verməsi isə onlardan birinin müalicə üçün kənara çıxması ilə bağlı olub. Amma operativ olaraq, həyata keçirilən tədbirlər nəticəsində məhkumlar arasında virusun yayılması lokallaşdırılıb”.

Hüquqşünas qeyd edib ki, koronaviruslu məhkumlar Pentensiar Xidmətin müalicə müəssisələrində ayrılmış xüsusi palatalarda müalicə alırlar:

“Onlar tam olaraq izolyasiya olunmuş şəraitdədirlər. Virusa yoluxmuş məhkumlarla bağlı faciəli sonluq, ölüm halı qeydə alınmayıb. Bəzi məhkumlarda nəticə pozitiv çıxsa da, xəstəlik tam simptomsuz olmuşdu. Yəni bəziləri bu xəstəliyi çox yüngül formada keçiriblər. Hazırda müalicə müəssisəsində qalan 4-5 məhkumun müalicəsi də başa çatmaq üzrədir”.

Qeyd edək ki, mayın 12-də Ədliyyə Nazirliyi penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələrinin aparıldığını və 33 məhkumda test nəticələrinin müsbət çıxdığı barədə rəsmi məlumat yaymış, daha sonra TƏBİB sədri Ramin Bayramlı daha 13 məhbusun virusa yoluxduğunu açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür