Modern.az

Cəlilabadda məktəbli çayda boğularaq öldü

Cəlilabadda məktəbli çayda boğularaq öldü

3 İyun 2020, 09:36

Cəlilabad rayonunda yeniyetmə çayda boğulub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

 

Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı