Modern.az

Hindistanda ölkənin adının dəyişdirilməsi üçün iddia qaldırılıb

Hindistanda ölkənin adının dəyişdirilməsi üçün iddia qaldırılıb

Aktual

3 İyun 2020, 16:34

Hindistanda Nyu-Deli sakini Namah ölkənin adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Modern.az xəbər verir ki, vətəndaşın fikrincə, “Hindistan” adı ölkə sakinlərinə müstəmləkə dövrünü xatırladır. Hindistanın Ali Məhkəməsi isə bu məsələ ilə bağlı məhkəmə iclasını təxirə salıb.

Namah ərizəsində, həmçinin ölkəninin adının rəsmi sənədlərdə üç üsulla yazıla biləcəyini də qeyd edib. O, “Hindistan İttifaqı”, “Hindistan Respublikası” və “Bharat Sarkar” variantlarını təklif edib. Sonuncu variant hindi dilindən tərcümədə “Hindistan Respublikası” kimi tərcümə olunur. Üstəlik Hindistanın Konstitusiyasında ölkənin “Bharat” adlandırılmasına icazə verilir.

Ölkə sakinləri bundan əvvəl də bir neçə dəfə “Hindistan” adının dəyişişdirilməsi təşəbbüsü ilə çıxış ediblər. Amma Ali Məhkəmə 2016-cı ilin mart ayında analoji tələbi rədd etmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü