Modern.az

Qazaxıstan tədricən latın əlifbasına keçir

Qazaxıstan tədricən latın əlifbasına keçir

3 İyun 2020, 22:08

Qazaxıstan cəmiyyəti tədricən latın əlifbasına keçəcək.

Modern.az xəbər verir ki, bu fikir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaevin "Komsomolskaya Pravda"ya müsahibəsində yer alıb. Qazaxıstan Prezidenti bu prosesin Nursultan Nazarbayev tərəfindən mənəvi modernləşmə konsepsiyasının bir hissəsi olaraq başlandığını və latın əlifabsının yalnız qazax dilinə təsir edəcəyini, rus dilinin vəziyyətinə təsir göstərməyəcəyini bildirib.

Ölkə başıçısı qazax əlifbasının modernləşdirilməsinin qazax dilinin ünsiyyət imkanlarını genişləndirəcəyini, eyni zamanda, Orta Asiya dövlətlərinin təcrübəsinin nəzərə alınacağını deyib.

Prezident Kasım-Jomart Tokayev ABŞ-ın Qazaxıstanda hərbi bazasının tikintisinin müzakirə edilmədiyini və gündəmdə olmadığını da açıqlayıb. Bildirib ki, enerji, investisiya, texnologiya kimi strateji sahələrdə Qazaxıstan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq uğurla inkişaf edir. Biz nüvə silahlarının yayılmaması və qarşısının alınması ilə bağlı daim əlaqə saxlayırıq.

İki ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verən "Baykonur" azad iqtisadi zonası yaratmaq təşəbbüsünü vurğulayan ölkə başçısı kosmos sektorundakı qarşılıqlı fəaliyyətin Qazaxıstan və Rusiyanın çoxşaxəli əməkdaşlığının bariz nümunəsi olduğunu deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu