Arxiv
4 İyun 2020, 00:26 | TƏHSİL
Təhsil Nazirliyi saxlanılan tələbələrin görüntülərini yaydı - VİDEO

“İyunun birində Təhsil Nazirliyinə gələn müraciətçilərlə bağlı və bundan sonra sosial mediada məsələnin təfərrüatları barədə xəbəri olan və ya olmayan insanlar tərəfindən səslənən fikirlərə münasibətimi və əslində nə baş verdiyini qeyd etməyi vacib hesab edirəm. May ayından başlayaraq özünə “Tələbə tələbi” şüarı seçmiş bir neçə tələbə 01 iyun tarixində Təhsil Nazirliyinin qarşısına gələrək yay imtahan sessiyasının və təhsil haqqının tamamilə ləğv edilməsinə dair sosial mediada açıq-aydın çağırışlar etməyə başlayır”.

Modern.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib.

Elnur Məmmədov daha sonra qeyd edib ki, “bütün tələbələrə çağırış” adı ilə edilən müraciət hər gün fəal paylaşılır, bütün səhifələrə göndərilir: “Müraciətin özəlliyi ondan ibarətdir ki, “gəlin hər şeyi ləğv edək”, “qorxmayın – tələb edin”, “susmayın” kimi şüarlar fonunda tələbin özü yaddan çıxır. Əsas vurğu Nazirliyin önünə toplaşmaq olur. Eyni zamanda, ölkədə xüsusi karantin rejimi və toplaşmaq məhdudiyyəti qüvvədə olmasına baxmayaraq, minlərlə tələbəni onların imtahan sessiyasına hazırlaşdığı bir dörvrə Nazirlik önünə gətirmək cəhdinə “bu aksiya deyil, karantin qaydaları çərçivəsində baş tutacaq müraciətimizdir” kimi ad verilir və bununla da söz və niyyət arasında açıq-aydın ziddiyyət gözə çarpır. Təhsil Nazirliyinin qarşısına bir ay ərzində çağırılan minlərlə tələbə gəlmir.  Onun əvəzinə 01 iyun tarixində aksiya təşkilatçıları özləri gəlir və onlar Nazirlikdə qəbul olunur. Maraqlıdır ki, 3 nəfər tələbəni 30-a yaxın ictimai fəal və Facebookda canlı yayım açmağı bacaran, “mənə dəymə, jurnalistəm” deyən şəxslər müşayiət edir. Jurnalist olmağın bu qədər asan olduğunu bilmirdim, amma bu başqa mövzudur. Nazirliyin önü qarşısında mühafizə xidməti göstərən polis əməkdaşları tərəfindən gələn şəxslərə “Qəbula keçmək istəyirsiniz?” sualına hamı eyni cavab verir - “Mən tələbə deyiləm, dəstəyə gəlmişəm” və ağacın altına qaçır.

Xüsusi karantin rejimi ilə bağlı demək olar ki, bütün dövlət orqanlarında vətəndaşların əyani qəbulu hazırda həyata keçirilmir. Amma buna baxmayaraq, təm-tərahla, müşahidəçilərlə, tələbə olmayan şəxslərlə və canlı yayım pərəstişkarları fanatları ilə birlikdə gələn 3 tələbəni Nazirliyin aidiyyəti üzrə sektor müdiri və əməkdaşı qəbul edir. Qəbul vətəndaşların rəsmi qəbul otağında baş verir. Qəbul 20 dəqiqə davam edir. Qəbulda iştirak edən 3 tələbə “biz bütün tələbələri təmsil edirik” və “imtahanları və ödənişi ləğv edin” deyir. Nazirliyin məsul şəxsləri bu 3 tələbədən pandemiya dövründə onların təhsil aldıqları Bakı Dövlət Universiteti, UNEC və ADU-da təşkil edilmiş məsafədən tədrisə qoşulmaq imkanının olub-olmamasına, olmadıqda, hansı səbəbdən olmamasına, onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək həssas əhali qrupuna aid olan ailələrin üzvü olub-olmamasına və bu kimi digər suallara aydınlıq gətirməyə çalışır.

Tələbələr bu suallara əhəmiyyət vermir, əvəzində imzasız çağırışı təqdim edir, “biz bütün tələbələri təmsil edirik” və “hamısı ləğv olunsun” şüarını israrla təkrarlayır. Hansı tələbələri və nə əsasında təmsil etdiklərini özləri dəqiq bilmir. Bir neçə cəhddən sonra bir-iki suala cavab tapılır və məlum olur ki, üç tələbədən ikisi IV kurs tələbəsidir və Nazirlik tərəfindən edilmiş güzəşt onlara şamil edilir və onlar imtahan verməyəcəklər.

İmtahan verməli olan, amma hazır olmayan tələbələrə yay imtahan sessiyasında iştirak etmədən avqust ayında əlavə ödəniş olmadan keçiriləcək icmal mühazirələrə qatılmaq imkanı, habelə təhsil haqqının ödənişi ilə bağlı dövlət tərəfindən ayrılmış maliyyə və onun şərtləri barədə məlumat verilir. Bundan sonra tələbələr qəbul otağını və Nazirliyin binasını tərk edir. Yarım saat sonra Nazirlik bu barədə ictimaiyyətə açıqlama verir”.


Onun sözlərinə görə, bu qəbuldan sonra məhkəmənin qərarına əsasən xüsusi karantin rejiminin tələblərini pozduğuna görə bir neçə tələbə inzibati məsuliyyətə cəlb olunur. Belə ki, karantin rejimin pozulması ilə Təhsil Nazirliyində tələbələrin qəbulu arasında səbəb-nəticə əlaqəsi yoxdur, karantini pozan qəbuldan qabaq da, qəbuldan sonra da poza bilər.

“Nazirlik karantin rejimini səbəb gətirərək tələbələri qəbul etməyə də bilərdi və bu zaman tələbələr qəbula düşmədən məsuliyyətə cəlb olunacaqdır. Lakin Nazirlik müraciətçilərin həqiqətən də, nə istədiklərini başa düşməyə çalışdı, təşkilatçıları qəbul etdi, dinlədi, məsələyə münasibətini bildirdi, izahatını verdi.

Səbəbindən və şəraitdən asılı olmayaraq, istənilən tələbənin inzibati və ya digər məsuliyyətə cəlb edilməsi arzuolunan hal deyil. Tələbənin yeri bir qayda olaraq auditoriya və kitabxana olmalıdır, təcridxana yox. Bu vacib olduğu qədər, məsələyə düzgün və ədalətli yanaşmanı sərgiləmək bir o qədər də vacibdir. Qəbulda olan şəxslərin sonradan “bizi qəbul etmədilər” deməkləri, qəbula dəvət edilmiş tələbələr barədə “polis onların qoluna girib binaya dartıb apardı”, “Nazirlik tələbələri binaya salıb aldatdı, orada həbs etdi” kimi ifadələri işlətməyi, inzibati məsuliyyətə cəlb edilmiş bir tələbənin dərhal əfsanə və qəhrəman elan edilməsi, mütəşəkkil qaydada şəkillərinin, tvitlərin paylaşılması, mahnıların bəslənməsi, operaların yazılması, bir nəfərlik aksiyada “Tələbə tələbi cinayət deyil” kimi bəsit fikirlərlə bizi nəyəsə inandırmağa çalışması (yeri gəlmişkən, biz bunun əksini düşünmürük), cərimənin ödənilməsi üçün dərhal sosial kampaniyanın başlanması və yaxşıları da pis kimi təqdim etmək cəhdləri hansı məqsədlərə qulluq edir? Təhsil mövzusu qalır bir qıraqda, əsas niyyət üzə çıxır. Bunu tək biz görmürük, bunu bir aydır ki, çağırış etdiyiniz və Nazirlik önünə gətirə bilmədiyiniz tələbə də görür. Bəlkə, məsələ ümumiyyətlə təhsil haqqı və imtahan deyil?! Burada bir nida işarəsi qoyum.

Ədalət axtarışına çıxan şəxs ilk növbədə özünün də ədalətli davranmasını təmin edə bilsəydi, cəmiyyətimiz daha sağlam olardı. Təhsil Nazirliyinin qapısı isə həqiqətən təhsildən bəhs etməyə gələn hər bir şəxsin üzünə açıqdır. Canlı yayım da açmaq olar, fanatlar darıxmasın. Amma kamera təkcə sizdə deyil”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Böyük Britaniyada koronavirus qurbanlarının sayı artıb 3 İyul 2020, 00:57 Leyla Əliyeva üçün özəl gün  3 İyul 2020, 00:44 Lerikdə məktəb direktorunun müavini qəzada öldü 3 İyul 2020, 00:27 İtaliyada koronavirusdan ölənlərin sutkalıq sayı 30 nəfərədək azaldı 3 İyul 2020, 00:13 Aeroport şossesində piyada vuruldu 2 İyul 2020, 23:54 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı artdı - FOTO 2 İyul 2020, 23:40 İstanbuldan daha 19 həkim Bakıya gətirildi - FOTO 2 İyul 2020, 23:23 Rusiya koronavirus dərmanının ixracına başladı 2 İyul 2020, 23:09 Neftin qiyməti 43 dolları ötdü 2 İyul 2020, 22:50 Amerikanı 5.5 bal gücündə zəlzələ silkələdi 2 İyul 2020, 22:39 Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan öldü 2 İyul 2020, 22:25 Türkiyədə koronavirusdan ölənlərin sayı 5 167 nəfərə çatıb 2 İyul 2020, 22:11 İsmayıllıda 3 uşaq atası özünü asdı 2 İyul 2020, 21:56 ABŞ-da yeni ANTİREKORD: Bir gündə 50 min insan virusa yoluxdu 2 İyul 2020, 21:39 Həftə sonu ictimai nəqliyyatın hərəkəti DAYANDIRILIR 2 İyul 2020, 21:35 Meksikada silahlı hücumda 24 nəfər öldü 2 İyul 2020, 21:16 ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib 2 İyul 2020, 21:06 “Məqsədimiz Azərbaycandan Əfqanıstana enerji dəhlizini yaratmaqdır” - Əfqanıstan Prezidenti 2 İyul 2020, 20:59 Bu hallarda evdən çıxmağa SMS icazə tələb olunmur 2 İyul 2020, 20:48 “Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev 2 İyul 2020, 20:44 Bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ 2 İyul 2020, 20:33 Evdən çıxmağa üç halda icazə VERİLƏCƏK 2 İyul 2020, 20:26 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR 2 İyul 2020, 20:14 Bakı metrosu yenidən fəaliyyətini dayandırır - RƏSMİ 2 İyul 2020, 20:08 SMS-lə icazə tətbiq edilən rayonların SAYI ARTIRILDI 2 İyul 2020, 20:04 Sərt karantin rejimi UZADILDI 2 İyul 2020, 20:00 Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi açıqlanıb 2 İyul 2020, 19:29 AFFA yeni hakimləri təsdiq edib 2 İyul 2020, 18:56 Balakəndə ayı balalarını satan şəxslər SAXLANILDI 2 İyul 2020, 18:50 Azərbaycanda aktiv koronaviruslu xəstələrin sayı 8 mini KEÇDİ 2 İyul 2020, 18:42 Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü 2 İyul 2020, 18:31 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə döndü -FOTO 2 İyul 2020, 18:22 İŞİD-in 1 milyard dollarlıq narkotiki İtaliyada ələ keçdi 2 İyul 2020, 18:13 Naftalanda növbəti monitorinq keçirilib - FOTO 2 İyul 2020, 18:05 Əhəd Abıyev operativ qərargahın növbəti iclasını keçirib - FOTO 2 İyul 2020, 18:00