Modern.az

Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı

Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı

Aktual

4 İyun 2020, 09:14

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

 

Modern.az-ın məlumatına görə, iyunun 3-də Binəqədi RPİ 6-cı PB və Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Biləcəri qəsəbəsi, Binəqədi şosesi ilə A.Zeynallı küçəsinin kəsişməsində fəaliyyət göstərən “Kəndimiz” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

 

Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi Sahib Məmmədov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü