Arxiv
4 İyun 2020, 09:20 | TƏHSİL
Bu rayonlar üzrə 11 vakant müəllim yeri sistemdən silindi - Rəsmi

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üçün təqdim edilən 11 vakant yer sistemdən silinib.

 

Modern.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsinə 7.539 vakansiya çıxarılacağı barədə 29 may tarixdə məlumat verilib. Vakant yerlərin ümumi siyahısı dərc olunduqdan sonra Bakı şəhəri üzrə əlavə 3 yer də (ingilis dili fənni üzrə) sistemə daxil edilib:

 

"Ümumi siyahı ilə tanış olan bir neçə yerli təhsili idarəetmə orqanları isə səhv daxil edilmiş bəzi yerlərin sistemdən silinməsi barədə İnsan Resursları Mərkəzinə müraciət edib. Nəticədə 8 rayon üzrə ümumilikdə 11 yer sistemdən silinib".

 

M.Camalzadə qeyd edib ki, hazırda sistemdə 7.531 vakansiya mövcuddur.

 

Nazirlik rəsmisinin fikrincə, vakansiyaların formalaşdırılması və sistemə daxil edilməsi prosesinin yerlər tərəfindən insan amili vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, belə texniki nöqsanların olması anlaşılandır:

 

"Amma belə nöqsanın buraxılması ehtimalını nəzərə alaraq, elan olunacaq vakant yerlərin siyahısının dəqiqləşdirilmə üçün İRM tərəfindən hər dəfə yerlərə əvvəlcədən göndərildiyini də unutmamalıyıq. Vakant yerlərin müəyyən edilməsi zamanı buraxılan nöqsanlar vətəndaşlarımızın vəziyyətinə bu və ya digər formada təsir göstərir. Belə halların yalnız İRM-nin deyil, eyni zamanda digərlərinin də məsuliyyətində olduğunu aidiyyəti qurumlar dərk etməlidir. Ümumilikdə, vakansiya ilə əlaqədar fərqli problemlərin köklü həllini yalnız adıçəkilən prosesin tam elekrtronlaşmasında görürəm. Prosesin tənzimlənməsində insan amili qaldığı müddət ərzində oxşar problemlərin mövcud olması daim qaçılmazdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Bakının iki qəsəbəsi  işıqsız qaldı 12 İyul 2020, 00:08 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46 Əfsanəvi aktyor koronaya yoluxdu 11 İyul 2020, 22:29 İtaliyada koronavirusdan sutkalıq ölüm halı 7  nəfərədək azaldı 11 İyul 2020, 22:12 Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59