Modern.az

Azərbaycan neft kvotasını pozub? - Moskva və Ər-Riyad OPEK+ ölkələrindən narazıdır

Azərbaycan neft kvotasını pozub? - Moskva və Ər-Riyad OPEK+ ölkələrindən narazıdır

4 İyun 2020, 11:39

Səudiyyə Ərəbistanı və Rusiya mart ayında olduğu kimi, hazırda da neft bazarında “qiymət müharibəsi”nin təkrarlanmasını istəmir.

Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, hər iki ölkə may ayında neft hasilatının azaldılması barədə razılaşmanı avqustun 1-nə qədər uzatmaq istəyir. 

Amma Moskva ilə Ər-Riyad o fikirdədir ki, Qazaxıstan, Azərbaycan, İraq, Nigeriya və Anqola OPEK+ formatının üzvləri kimi üzərinə götürdüyü neft kvotaları ilə bağlı öhdəlikləri icra etmir. Qabon və Sudan isə öz öhdəliklərinin əksinə, neft hasilatını həm də artırıb.

Bütün bu səbəblərə görə, iyunun 4-də OPEK+ sammitinin texniki xarakter daşıyacağı gözlənilir.

Kvotaların saxlanılması ilə bağlı problem iyunun 4-də keçiriləcək iclasa qədər həllini tapmayıb. Buna görə, texniki xaraket daşıuyacaq iclasda gələn aylar üçün neft hasilatının həcmi ilə bağlı proqnozlar müzakirə olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir