Modern.az

Lukaşenko yeni Baş Nazir təyin etdi

Lukaşenko yeni Baş Nazir təyin etdi

Aktual

4 İyun 2020, 13:48

Belarus Prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Roman Qolovçenko ölkənin yeni Baş Naziri təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb.



Qeyd edək ki, ötən gün Sergey Rumasın başçılıq etdiyi hökumət istefa verib. Lukaşenko yeni hökumətin formalaşdırılmasını avqustun 9-da keçiriləcək prezident seçkilərinə hazırlıqla izah edib.



Qolovçenko 1973-cü ildə anadan olub. 1996-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu beynəlxalq münasibətlər ixtisası üzrə, 2003-cü ildə Prezident yanında İdarəçilik Akademiyasını bitirib.



Kariyerasına Təhlükəsizlik Şurasında başlayıb. Prezident Administrasiyasında, Dövlət Hərbi Sənaye Komitəsində çalışıb. 2013-2018-ci illərdə Belarusun BƏƏ-dəki səfiri olub.



2018-ci ilin avqustundan Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir