Arxiv
4 İyun 2020, 14:32 | AKTUAL
Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi

İyunun 4-də Milli Məclisdə Vyetnam Milli Assambleyasının Sədri xanım Nquyen Txi Kim Nqan tərəfindən göndərilmiş tibbi maskaların təqdimat mərasimi olub.

 

Modern.az xəbər verir ki,  mərasimdə Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Eldar Səlimov bildirdi ki, Azərbaycanla Vyetnam arasında zəngin tarixi köklərə əsaslanan dostluq əlaqələri mövcuddur. Müasir dövrdə iki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan hökumətlərarası sazişlər, Azərbaycan Respublikasının Vyetnamdakı səfirliyinin və parlamentlərarası dostluq qruplarının fəaliyyətləri səmərəli əməkdaşlığa təkan verib.

 

XİN təmsilçisi qeyd etdi ki, hazırda dünyanı bürümüş koronavirus pandemiyasına qarşı Azərbaycanda olduğu kimi, Vyetnamda da mübarizə aparılır, gərəkli addımlar atılır. Bu baxımdan dost ölkədə əldə olunan nəticələr bizi sevindirir. Vyetnam Milli Assambleyası tərəfindən Azərbaycan Milli Məclisinə tibbi maskaların təqdim edilməsi tərəfimizdən yüksək qiymətləndirilir. Sonra görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli çıxış etdi. Koronavirus pandemiyasının dünyanın bütün ölkələrinə, insanlara vurduğu ziyandan danışdı. Bu infeksiyaya qarşı mübarizədə bütün ölkələrin öz səylərini birləşdirməsinin səmərəli nəticələr verdiyini vurğuladı.

 

Qeyd etdi ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına və bir sıra ölkələrə pandemiya ilə mübarizədə öz töhfəsini verib. İşçi qrupun rəhbəri dedi ki, qarşılıqlı əməkdaşlıq kontekstində Vyetnamla Azərbaycan arasında olan münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ekstremal şəraitdə Vyetnam parlamentinin Azərbaycan parlamentinə 20 min tibbi maska göndərməsi bunun bariz nümunəsidir. Deputat qeyd etdi ki, hələ sovet dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın ali məktəblərində təhsil alıb. Onlardan bir çoxu hazırda Vyetnamda yüksək postları, məsul vəzifələri tuturlar, Milli Assambleyanın deputatı olanlar var. Həmin şəxslər Azərbaycanın məzunu kimi ölkəmizlə daim səmimi dostluq əlaqələri saxlayırlar. Azərbaycan parlamentinin 100 illik yubileyində də Vyetnam parlamenti böyük nümayəndə heyəti ilə iştirak etdi. Çıxışını yekunlaşdıran Əli Məsimli Azərbaycan-Vyetnam parlamentlərarsı əlaqələr üzrə işçi qrupu adından 20 min tibbi maskanın Azərbaycana göndərilməsinin təşəbbüskarı olan Vyetnam Milli Assambleyasının rəhbərliyinə təşəkkürünü bildirdi. Təqdimat mərasiminin yekununda Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov Vyetnam parlamentarlarının dost köməyinə, maskaların təqdimatına görə təşəkkür etdi. Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın imzaladığı təşəkkür məktubunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasına çatdırılması üçün XİN nümayəndələrinə təqdim etdi. İlkin Məmmədov bildirdi ki, Milli Məclisin Sədri bu dəstək addımını COVID-19 pandemiyası ilə qlobal miqyasda mübarizə aparıldığı dövrdə Azərbaycan və Vyetnam xalqları arasında olan dostluğun və həmrəyliyin nümayişi kimi qiymətləndirib və vyetnamlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Təqdimat mərasimində Xarici İşlər Nazirliyinin Asiya idarəsinin Cənub-şərqi Asiya, Avstraliya və Okeaniya şöbəsinin müdiri Vasif Abutalıbov iştirak edirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Sevinj, are this shame necessary for you?" 12 İyul 2020, 11:25 Pakistanda koronavirusa yoluxanların sayı 246 mini ötüb 12 İyul 2020, 11:20 Şəmistan Əlizamanlı və KORONAVİRUS 12 İyul 2020, 11:15 Gürcüstanda zəlzələ olub 12 İyul 2020, 11:12 ABŞ-Cənubi Koreya birgə hərbi təlimləri təxirə salına bilər 12 İyul 2020, 10:59 Dünyada koronavirusa yoluxan 565 min nəfər həyatını itirib 12 İyul 2020, 10:51 İsveçrə klubu karantinə alındı 12 İyul 2020, 10:48 Kürdəmirdə ata oğlunu güllələdi 12 İyul 2020, 10:38 Gürcüstanda koronavirusa yoluxanların sayı 986 nəfərə çatdı 12 İyul 2020, 10:28 Böyük Britaniyada virusdan ölənlərin sayı 44 min 798 nəfərə çatdı 12 İyul 2020, 10:22 Çində 5.1 maqnitudalı zəlzələ 12 İyul 2020, 10:18 Gəncədə yaşayış evlərini su basdı 12 İyul 2020, 10:12 ABŞ-da son sutkada 71 mindən çox insanda koronavirus aşkarlandı 12 İyul 2020, 09:59 İndoneziyada koronavirusla mübarizə üçün evkaliptdən boyunbağı hazırlandı 12 İyul 2020, 09:51 Rusiyada koronavirus üçün peyvəndin ilk sınağı başa çatdı   12 İyul 2020, 09:40 Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı məlumat yaydı 12 İyul 2020, 09:35 İsveçrədə robot ərzaq köşkləri fəaliyyətə başladı 12 İyul 2020, 09:30 Dünyanın qeyri-adi memarlıq abidələri 12 İyul 2020, 09:19 Yaponiya şirkəti tərcüməçi-maska hazırladı 12 İyul 2020, 09:09 Kassirin səhvi pensiyaçını milyonçu etdi 12 İyul 2020, 09:05 Türkiyədə ən hündür körpünün açılışı oldu 12 İyul 2020, 09:00 İngiltərədə 2500 il bundan əvvələ aid insan skeleti tapıldı 12 İyul 2020, 08:51 ABŞ-da iki polis əməkdaşı öldürüldü 12 İyul 2020, 08:46 Almaniyada daha 248 nəfər virusa yoluxdu - 3 ölü 12 İyul 2020, 08:35 Məşhur hind aktyoru və oğlu koronavirusa yoluxdu 12 İyul 2020, 08:25 Tramp pandemiya dövründə ilk dəfə tibbi maskadan istifadə etdi 12 İyul 2020, 08:15 İŞİD-dən hərbçilərə qarşı terror 12 İyul 2020, 00:51 Britaniyada koronavirus qurbanlarının sayı 44 798-ə çatıb 12 İyul 2020, 00:38 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 12 İyul 2020, 00:23 Abşeronda avtomobil yandı 11 İyul 2020, 23:57 Mikroavtobus qəzasında yaralananların kimliyi bilindi - YENİLƏNİB 11 İyul 2020, 23:45 Xəzər sahilinə S-300 zenit raket kompleksi yerləşdirildi 11 İyul 2020, 23:31 Messidən daha bir tarixi rekord 11 İyul 2020, 23:19 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı 339 nəfərə çatdı - STATİSTİKA 11 İyul 2020, 23:00 Şəhriyar Məmmədyarovdan növbəti qələbə 11 İyul 2020, 22:46