Modern.az

Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO

Ağalar Vəliyev Goranboyda seçicilərinə çağırış etdi - FOTO

4 İyun 2020, 19:16

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonununda seçicilərlə növbəti görüşü və qəbulu keçirilib.

Yeni Azətbaycan Partiyası Goranboy rayon təşkilatının inzibati binasında xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə İcra Hakimiyyətinin məsul işçiləri, partiyanın fəalları və yerli ictimaiyyətin nümayəndələri  iştirak edib.

 

Modern.az xəbər verir ki, Ağalar Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə seçicilərə ətraflı məlumat verib. Millət vəkili müvafiq dövlət proqramları və infrastruktur layihələri çərçivəsində bölgələrdə, o cümlədən Goranboy rayonununda aparılan quruculuq və abadlıq işlərini vurğulayıb.

 

Görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.

 

Ağalar Vəliyev Milli Məclisdə qəbul olunan “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun mahiyyəti barədə seçicilərinə ətraflı məlumat verib, pandemiya dövründə karantin rejiminin digər tələbləri ilə yanaşı vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə edilməsinin zəruriliyini və buna əməl olunmadığı təqdirdə müxtəlif məbləğlərdə cərimələrin tətbiqinin labüdlüyünü  bildirib.

 

Görüşdən sonra bir qrup seçici deputat tərəfindən fərdi qaydada qəbul olunub və onların social-məişət məsələləri ilə bağlı müraciətlərinin təmin edilməsinə operativ reaksiya göstərilib. Eyni zamanda əhalinin bəzi kommunal xidmətlərlə təchizatında  mövcud olan problemlərin aradan qaldırılması istiqamətlərində rayonun və respublikanın aidiyyatı qurumları ilə birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.

 

Görüşün və qəbulun iştirakçıları tərəfindən sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən həssas münasibətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.

 

 

Qeyd edək ki, deputat Ağalar Vəliyevin iyunun 3-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində  seçicilərlə növbəti səyyar görüşü keçirilib. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev iştirak edib.

 

Goranboy rayonunun ən böyük yaşayış məntəqəsi olan Qızılhacılı qəsəbəsinin ağsaqqallarının, ziyalılarının, şəhid ailələrinin və Qarabağ qazilərinin bir qrupunun iştirak etdiyi, səmimi və işgüzar  şəraitdə keçən görüşdə   8 minə yaxın əhalisi olan qəsəbənin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı görüləcək işlər  müzakirə olunub.

 

Millət vəkili ölkə əhalisinin içməli su ilə təminatının və kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətlərində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər, ö cümlədən Goranboy rayonunda aparılan işlər barədə seçicilərə ətraflı məlumat verib.

 

Deputat bu günlərdə Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyi videokonfransda  Azərbaycanda   suvarma ilə bağlı planlardan, böyük su itkilərinin qarşısının alınması üçün yeni su infrastrukturunun və idarəetmə sisteminin yaradılmasının zəruriliyinin vurğulandığını xatırladıb.

 

Milli Məclisin üzvü qeyd edib ki, bu məqsədlə yaradılan xüsusi hökumət komissiyası tərəfindən  ölkənin su potensialı yenidən qiymətləndiriləcək, bu istiqamətlərdə yeni prioritetlər və yatırılacaq investisiyaların həcmi müəyyənləşdiriləcək.

Suvarmanın inkişafı üzrə dövlət proqramının qəbul edilməsi, texniki və maliyyə dəstəyi baxımından bu işlərə Asiya İnkişaf Bankı və digər beynəlxalq iqtisadi və maliyyə qurumlarının cəlb edilməsinə əlverişli şərait yaradılacaq.  

 

Ağalar Vəliyev Qızılhacılı qəsəbə sakinlərinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı seçicilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bilavasitə dəstəyi ilə yeni artezian quyusunun qazılmasını təşkil edəcəyini və yaxın vaxtlarda bütün müasir standartlara cavab verən artezian quyusunun istifadəyə veriləcəyini vurğulayıb.

 

Səyyar görüşdə Qızılhacılı qəsəbə sakinləri sərhədyanı təmas bölgəsi olan Goranboy rayonunun əhalisinə dövlətimiz tərəfindən göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.              

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı