Modern.az

Lotu Qulinin düşməni sabah azadlığa çıxır

Lotu Qulinin düşməni sabah azadlığa çıxır

5 İyun 2020, 00:46

Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan azərbaycanlı qanuni oğru Əli Heydərovun sabah azadlığa çıxacağı gözlənilir.

Modern.az  Musavat.com-a istinadən xəbər verir ki, Mariy-Eldə cəzasının çəkən qanuni oğru heç kimin gözləmədiyi halda vaxtından əvvəl azadlığa buraxılacaq. Bu, qanuni oğru haqqında görünməmiş bir qərar olacaq.

Albert 2017-ci ilin yanvarında 7 il müddətinə azadlıqdan məhrum edilib. 39 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçmə, saxta sənəddən istifadə və qarətlərdə günahkar bilinirdi.

2014-cü ildən həbsdə olan qanuni oğru əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə “Cip” avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruze rayonunun prokurorluğu nəzarətə götürüb. Cinayət işinin təşkilatçısı kimi azərbaycanlı avtoritet tanınıb.

Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Albert Rıjıy ləqəbi ilə məşhurlaşan Ə.Heydərov qanuni oğru adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. Ded Xasan klanında yer alan Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə “smotryayuşi” təyin edilib.

Ded Xasanın qətlindən sonra da (2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də Albert Arxangelsk kimi də tanınır. O, bir neçə il əvvəl Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski ilə düşmən münasibətdə idi.

Onun Lotu Quli ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi Ded Xasan klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Lotu Qulinin adı hallanırdı.

Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer Alberti öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi"də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. ”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum olub ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.

Rusiya mətbuatının yazdığına görə, həbs edilənlər deyiblər ki, azərbaycanlı qanuni oğrunun qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilib. “Hamlet” ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar.

Sifarişdə Lotu Qulinin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəldib. Albert Rıjıy Piterdə “sxodka” keçirib və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən “sxodka”da iştirak edən Aliksey Qudına (Lexa İrkutski) Albert Rıjıya sui-qəsddə həmyerlisi Qulinin adının hallanmasına etiraz edib. Qudına iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb.

2018-ci ilin martında Lotu Quli İstanbuldan Moskvada yerləşən “Medvedkovo” həbsxanasıında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun qanuni oğru adını əlindən aldığını bildirib. O, Albert Rıjıya deyib ki, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.

Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu qanuni oğruları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin qanuni oğru adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Rusiya mətbuatının ən son məlumatılna görə isə Albert həbsxanada qanuni oğru kimi tanınıb və bu məsələdə piterli qanuni oğrular ona dəstək verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır