Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, parlamentdən Komissiya üzvləri sırasına aşağıdakı şəxslər daxil edilib:
1. Adil Əliyev
2. Əminə Ağazadə
3. Elşad Mirbəşiroğlu
4. Arzu Nağıyev
5. Səfa Mirzəyev
Qeyd edək ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.
Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və fəaliyyət göstərir.
Komissiyanın 5 üzvü Azərbaycan Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Hazırda Komissiyanın sədri, Prezident Adsministrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevdir.
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi hazırda aşağıdakı kimidir:
| Azərbaycan Repsublikası Prezidenti tərəfindən təyin olunmuş Komissiya üzvləri: | |
| Ramiz Mehdiyev | Komissiyanın sədri |
| Vilayət Eyvazov | Azərbaycan Respublikasının Daxili işlər naziri |
| Şahin Əliyev | Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri |
| Fuad Ələsgərov | Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri |
| Əli Nağıyev | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi |
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri: | |
| Səfa Mirzəyev | Milli Məclis Aparatının rəhbəri |
| Arzu Nağıyev | Milli Məclisin deputatı |
| Elşad Mirbəşiroğlu | Milli Məclisin deputatı |
| Adil Əliyev | Milli Məclisin vitse-spikeri |
| Əminə Ağazadə | Milli Məclisinin deputatı |
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri: | |
| Fərhad Abdullayev | Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri |
| Fikrət Məmmədov | Məhkəmə Hüquq Şurasının Sədri, Ədliyyə naziri |
| Zakir Qaralov | Keçmiş baş prokuror |
| Ramiz Rzayev | Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri |
| Kamal Cəfərov | Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi |