Arxiv
5 İyun 2020, 11:50 | AKTUAL
Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO

İyunun 4-də Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs ilə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşü giriş sözü ilə açan işçi qrupun rəhbəri, Milli Məclisin deputatı Kamran Bayramov qonaqları salamlayıb, ötən ilin noyabr ayında Milli Məclisdə Latviya səfiri ilə keçirilmiş görüşü xatırladıb, həmin görüşdən keçmiş müddət ərzində ölkəmizin siyasi həyatında bir çox dəyişikliklərin baş verdiyini, Azərbaycanda həyata keçirilən islahatlar çərçivəsində bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirildiyini bildirib, nəticədə parlamentin yeni tərkibinin formalaşdırıldığını, parlamentlərarası əlaqələr üzrə işçi qrupların komplektləşdirildiyini, o cümlədən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərinin sayının artdığını diqqətə çatdırıb.

 

Sözü götürən Latviyanın səfiri iki ölkə arasında bərqərar olunmuş əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib, ötən dövr ərzində səfirik tərəfindən görülmüş işlər barədə məlumat vermiş, səfirliyin xətti ilə Bakı şəhərində bir sıra mədəni tədbirlərin təşkil edildiyini qeyd edib.

 

İki ölkənin yerli icra və özünüidarəetmə orqanları arasında əməkdaşlığa toxunan səfir bu sahədə bir çox işlərin görüldüyünü, bu sahəyə Latviya tərəfindən böyük əhəmiyyət verdiyini bildirib, hal-hazırda ölkəsinin müvafiq bölgələrinin Şəmkir və Bərdə rayonları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində addımların atıldığını vurğulayıb.

 

Eyni zamanda, səfir Latviyada koronavirus pandemiyası ilə mübarizə sahəsində atılmış addımlar barədə bəhs edib, bununla bağlı pandemiyanın ölkəmizə təsiri ilə bağlı maraqlanıb.

 

K.Bayramov 28 may - Respublika günü münasibətilə Azərbaycan xalqına Azərbaycan dilində ünvanladığı videotəbrikə görə səfirə minnətdarlığını bildirərək Latviya səfirliyinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib, mədəni əməkdaşlıqla bağlı səfirin ilk bölgə səfərini Latviyanın “Kamolinş” rəqs qrupunun konsertini izləmək üçün Şəmkirə etdiyini xatırladıb, bu kimi tədbirlərin digər sahələrlə yanaşı hər iki xalqın maraqlarına xidmət etdiyini bildirib.

 

Ölkəmizin Latviya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdıran K.Bayramov, bu ökənin həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanı dəstəklədiyini qeyd edib, martın 31-də Latviyanın Xarici İşlər Nazirliyi tərəfindən qondarma “DQR”-da qondarma seçkilərin tanınmaması barədə verdiyi bəyanata görə Səfirə minnətdarlığını bildirib, Xocalı soyqırımı ilə bağlı həm Latviya Seymində, həm də Latviyanın deputatlarının təşəbbüsü ilə Avropa Parlamentində qəbul edilmiş müvafiq bəyanatları xatırladıb. Pandemiyanın ölkəmizə təsiri ilə bağlı Səfirin sualını cavablandıran K.Bayramov bu sahədə vəziyyətin nəzarət altında olduğunu bildirib, pandemiyanın həm vətəndaşlara, həm də sahibkarlara vurulmuş ziyanın ödənilməsi məqsədilə Hökumət tərəfindən görülmüş ardıcıl və təsirli tədbirlər barədə qısa məlumat verib.

 

Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fatma Yıldırım, Malik Həsənov, Şahin İsmayılov və Emin Hacıyev iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elmar Məmmədyarov istefa verəcək? - Nazirdən AÇIQLAMA 10 İyul 2020, 14:36 İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ 10 İyul 2020, 14:30 Kiyev Rusiya ilə müharibə ehtimalını QİYMƏTLƏNDİRDİ 10 İyul 2020, 14:24 Deputat İlham Məmmədov seçicilərilə görüşüb - FOTO 10 İyul 2020, 14:18 Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - RƏSMİ 10 İyul 2020, 14:12 Narkoz altında olan xəstələri zorlayan həkimə HÖKM OXUNDU 10 İyul 2020, 14:06 Baş Prokurorluq əsgər ölümü ilə bağlı MƏLUMAT YAYDI 10 İyul 2020, 14:00 İslam Səfərlinin başına gələn ƏHVALAT - Mircəfər Bağırov niyə QƏZƏBLƏNMİŞDİ..  10 İyul 2020, 13:55 DYP: “Sürücülərin icazəsini radarlarla müəyyənləşdirə bilirik” - VİDEO 10 İyul 2020, 13:50 Kliniki Tibbi Mərkəzin həkimi koronavirusa yoluxdu   10 İyul 2020, 13:44 Azərbaycana çəyirtkə dəstələrinin "hücumu" başladı - VİDEO 10 İyul 2020, 13:38 Şamaxılı Mahmud ağa - Məşhur mesenatın məzarı niyə baxımsızdır? - Tədqiqatçı-alimdən ÇAĞIRIŞ 10 İyul 2020, 13:33 Pandemiya dövründə bu işdə çalışanlar yüksək maaş alıb 10 İyul 2020, 13:27 Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər VERİLDİ   10 İyul 2020, 13:22 Hərbi Prokurorluqda yeni TƏYİNAT 10 İyul 2020, 13:16 Sabah Bakıya yağış, rayonlara dolu yağacaq - PROQNOZ 10 İyul 2020, 13:10 Hesablama Palatası “Dövlətqaçqınkom”u da yoxladı 10 İyul 2020, 13:05 Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini KEÇDİ 10 İyul 2020, 12:59 Azərbaycanın üzv olduğu razılaşmanın CIĞAL ÜZVLƏRİ 10 İyul 2020, 12:53 Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olundu - FOTO 10 İyul 2020, 12:48 Prezidentin köməkçisi pandemiya dövründə Azərbaycana gətirilən vətəndaşların sayını açıqladı 10 İyul 2020, 12:43 Hesablama Palatası Səhiyyə Nazirliyində nöqsanlar AŞKARLADI 10 İyul 2020, 12:37 Palata Nazirlikdə əsassız pensiya təyinatları AŞKARLADI 10 İyul 2020, 12:34 Baş prokuror sabiq deputatın oğluna yeni vəzifə verdi 10 İyul 2020, 12:31 Milli komandamızın yeni baş məşqçisi bu 3 nəfərdən hansı olacaq? 10 İyul 2020, 12:27 Goranboyda vətəndaşlara pulsuz maska paylanılıb - FOTO 10 İyul 2020, 12:24 Novruz Aslanov seçicilərin problemləri ilə maraqlandı   10 İyul 2020, 12:21 Dövlət Agentliyi Ağstafanın mərkəzi bazarında yoxlama apardı - FOTO 10 İyul 2020, 12:17 Baş prokurorun müavini videokonfransda iştirak etdi 10 İyul 2020, 12:12 Daşkəsənə istirahətə gedənlər CƏRİMƏLƏNDİ 10 İyul 2020, 12:06 AZAL sərnişinlərə müraciət etdi 10 İyul 2020, 12:02 “Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin vəziyyəti ağırlaşıb” - Rəşad Mahmudov 10 İyul 2020, 12:00 Azərbaycanın bu bölgəsində virusa yoluxanların sayı 146-ya ÇATDI 10 İyul 2020, 11:55 Sabiq deputatlar niyə maddi sıxıntıdan ŞİKAYƏTLƏNİRLƏR?.. 10 İyul 2020, 11:49 Neftin barreli 150 dollara satılacaq - PROQNOZ 10 İyul 2020, 11:47