Modern.az

Komitə sədri hökumətə təkliflər VERDİ

Komitə sədri hökumətə təkliflər VERDİ

Aktual

5 İyun 2020, 13:05

"Bəşər övladının bir neçə min illik tarixi onu göstərir ki, hər hansı formada maraqların toqquşması və konfliktlərlər mahiyyətindən asılı olmayaraq ölkələrin və millətlərin potensialını daha qabarıq şəkildə uzə çıxmasına şərait yaradır".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. Komitə sədri bildirib ki, COVID-19 virusunun yaranması, dünyanın siyası, iqtisadi, eləcə də sosial münasibətlərinə edəcəyi təsir iri miqyaslı qlobal müharibənin nəticəsi kimi dərin iz buraxaraq, uzun müddət ərzində yeni münasibətlər yaradacaq, yeni imkanlar formalaşdıracaq:

 

"Sözsüz ki, bu imkanlardan faydalanmaq da zamanında çevik qərarların verilməsindən asılıdır. Pandemiyanın nəticələrindən biri də o olacaq ki, dünyanın ikinci iqtisadiyyatı olan Çinin bu ilki göstəriciləri kəskin sürətdə aşağı enəcəkdir. Düşünürəm ki, bu enişi müşayət edən proseslərin arasında isə Azərbaycanında faydalana biləcəyi amillər vardır. Belə ki, ABŞ-ın, Almaniyanın, Yaponiyanın nüfuzlu araşdırma institutlarının gəldiyi nəticə, habelə biznes sahiblərinin baxışları onu deməyə əsas verir ki, miqyaslı şirkətlərin Çini tərk etmələri ehtimalı yüksəkdir. Çində istehsalatları olan Almaniya şirkətləri “China+1” strateqiyasını reallaşdırmağa çalışacaqlar. Bu strategiya Çindən asılılığı azaldaraq təchizat zəncirinin yalnız Çində deyil “+1”, yəni digər ölkələrdə də yerləşdirilməsini nəzərdə tutur. 20 il bundan öncə Çindəki fəhlə qüvvəsi minimal həyatı təlabatlarının ödənilməsi hesabına işləməyə razılaşırdısa, bugün kvalifikasiyası olmayan ən ucuz fəhlə qüvvəsinin minimal əmək haqqı 180 ABŞ dollarıdır. Bu parametrlərinə görə də qonşu ölkələr Çinə artıq rəqabət yaradırlar. Yaponiya höküməti isə Çindən miqrasiya edib, istehsalatlarını Yaponiya ərazisində yenidən quracaq şirkətlərinə 240 miliard dollar məbləğində vəsait ayırmışdır. Bu məbləgin 200 milyardı birbaşa Yaponiyaya miqrasiya edəcək şirkətlərə, 40 milyard dollar isə Çini tərk edəcək Yapon şirkətlərinə veriləcək. Qonşu Hindistanın şimal ştatlarında korporativ verginin 23.5%-dan 17.5%-dək endirmək qərarı qəbul olunmuşdur ki, Çindəki xarici şirkətlərinin Hindistana yerləşmələri təşfiq edilsin. Orta Asiya ölkələri (Qazaxstan və Özbəkistan da) bu rallidə iştirak etməyə planlaşdırırlar. Qonşularımız istehsalat və təchizat zəncirinin bəzi komponentlərinin öz ərazilərində yerləşdirilməsi haqqında fikirlər səsləndirirlər. Təklif edirəm ki, hökümətimiz də mövcud vəziyyətdən yararlansın. Bunun üçün Azərbaycanda bütün potensial var. Belə ki,

 

1) Ölkəmiz unikal coğrafi yerləşməsi ilə seçilir,

 

2) Ərazisindən 4 saatlıq üçüş məsafəsində dünya istehlakçılarının və ölklərinin 50% ehtiva edir,

 

3) Ələt Azad İqtisadi zonası , dəmir yolları ilə Orta Asiyadan Avropaya qədər daşıma və digər loqistika potensialı var,

 

4)Xəzər akvatoriyasına sahib olan, kvalifikasiyalı işçi qüvvəsi var,

 

5) Biznes mühitinə görə, biznesin təsis edilməsi üzrə qabaqcıl ölkələr qədər sürətli icazələr, qeydiyyatlar, online xdmətlər göstərmək imkanları var,

 

6) Ən əsası isə xalqını sevən, düşünən, onun yaxşı yaşamasına çalışan İlham Əliyev kimi prezidentimiz var.

Düşünürəm ki, bu üstünlüklərdən istifadə edərək, movcud qlobal biznes miqrasiyası prosesindən, onun yaratdığı imkanlardan, birbaşa xarici investisiyaların yatırılması perspektivindən, regional xaba çevrilməsi imkanından maksimum faydalanmağa çalışmalıyıq. Ən əsas məqam da ondan ibarətdir ki, qərarlar acil, operativ və cəsarətli atılmalıdır, çünki biznes - sürət tələb edir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır