Arxiv
5 İyun 2020, 16:38 | DİASPOR
Azərbaycan diasporu erməniləri ÜSTƏLƏYİR

Son bir neçə ilin müşahidələri göstərir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları xeyli aktivləşib. Əksər ölkələrdə soydaşlarımızın erməni diasporuna nisbətdə daha aktiv fəaliyyəti, hətta onları  üstələdiyi göz önündədir.
Yəni dispor sahəsindəki hazırkı vəziyyəti 5-10 il öncə ilə müqayisə edəndə inanılmaz nəticələrin əldə olunduğunu görə bilirik.

Maraqlıdır, diasporun aktivləşməsininə hansı amillər təkan verib?

Modern.az saytının əməkdaşı bu sualla dünyanın müxtəlif ölkələrində fəaliyyətdə olan diaspor üzvlərinə müraciət edib.

 

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar diasporumuzun son illərdə aktiv fəaliyyətinin Qarabağın işğaldan azad olunmasına yönəldiyini və soydaşlarımızın erməni lobbisinə üstün gəldiyini diqqətə çatdırıb:



“Azərbaycan diaspor nümayəndələri son dönəmlərdə daha aktiv və mütəşəkkil fəaliyyət göstərirlər. Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların daha kordinasiyalı çalışmaları üçün müxtəlif ölkələrdə təşkil edilən “Azərbaycan Evi” vaitəsi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri ciddi şəkildə dəstəkləyir. Diaspor təşkilatlarının daha da fəallaşmasına səbəb məhz Ermənistan tərəfindən işğalına son verilməsini hədəflədiyimiz “Qarabağ Azərbaycandır!” şüarıdır. Bu ilin fevralında Berlində keçirilən “Xocalıya ədalət və Qarabağ Azərbaycandır!” nümayişi də buna nümunədir. Artıq ABŞ, Avropa və Rusiyada fəaliyyət göstərən güclü erməni lobbisinin qarşısında mütəşəkkil fəaliyyət göstərən Azərbaycan diasporu var.

İndi dünya hamı sosial media üzərindən hansısa problemi həll üçün hesablaşmağa çalışır. Məsələn, ABŞ-dakı Ermənistan Milli Komitəsinin hər atdığı addıma biz Ankaradan anındaca cavab verir, tarixi sənədlərlə həqiqəti söyləyə bilirik. Xaricdə Türkiyə türkləri, ahısxa türkləri və digər soydaşlarımızla birlikdə Ermənistan diasporuna qarşı yürütdüyümüz ortaq fəaliyyətin çox müsbət təsirləri olur. Ermənistan lobbisinin yer aldığı ABŞ Konqresi başda olmaqla nüfuzlu şəxslərlə münasibət quraraq, Azərbaycan əleyhinə açıqlamalara qarşı onların üsulu ilə cavab veririk. Bundan başqa, elə erməni elm adamları və qeyri-hökumət təşkilatlarının özləri vasitəsilə Azərbaycan həqiqətlərinin yüksək kürsülərdən səsləndirilməsinə nail oluruq.

İrəvan xanlığına məxsus olan Azərbaycan torpaqlarının ermənilərə verilməsinin 102-ci ildönümünə dair Azərbaycan, ABŞ, Fransa və Türkiyədən də nümayəndələrin qatıldığı konfransımızı onlayn olaraq 13 min nəfər izlədi. Bütün bunlar erməni lobbisinin uzun illərdir ki, yalan üzərinə qurulmuş təbliğat mexanizmini boşa çıxarır. Strateji baxımdan son illər daha güclü taktikalarla çıxış etdiyimiz üçün erməni diasporuna nisbətən daha aktiv fəaliyyət göstərməyə çalışırıq. Ancaq konkret nəticələr əldə etmək üçün bu istiqamətdə daha fəal olmalıyıq”.

 

Azərbaycan–Fransa Mədəniyyət Assosiasiyasının rəhbəri, Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov müxtəlif ölkələrdəki diaspor təşkilatarının bir-birləri ilə əməkdaşlıq etməsinin diasporun güclənməsi ilə nəticləndiyini deyir:

 

“Artıq bizim diaspor fəaliyyətimizi erməni diasporu ilə müqayisə belə etməzdim. Onlar hansısa məsələdə bizimlə bir tərəziyə qoyulacaq səviyyədə deyillər. Xaricdə yaşayan azərbaycanlıların, diaspor nümayəndələrinin bir dərdi var, o da Qarabağ məsələsi, Xocalı soyqırımıdır. Bu məsələ ilə bağlı İtaliya, İspaniya və Almaniya da daxil olmaqla əksər ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa nümunə olaraq Brüssel və Berlində keçirilən “Xocalıya Ədalət” adı altında keçirilmiş ümumavropa mitinqlərini nümunə göstərə bilərik. Bu tip mitinqlər çoxdandır ki, olmurdu. Bu da onu göstərir ki, bizlərin birgə addımlamağı daha böyük nəticələrin əldə edilməsinə gətirib və diasporumuz güclənir”.


Rusiyanın Kursk vilayətindəki azərbaycanlı icmasının rəhbəri Qasım Kərimov
təbliağt işinin sosial media üzərindən gücləndirilməsinin vacibliyini qeyd edərək, bununla müsbət nəticələrin əldə ediləcəyinə inamlı olduğunu bildirib:


“Biz bütün problemləri araşdıraraq, müstəviyə yeni strateji xətt qoymağı qərara aldıq. Bir qrup diaspor fəalı tərəfindən regional əməkdaşlıq çərçivəsində işlər görməyi planlaşdırdıq. Çünki mərkəzləşdirilmiş şəkildə qeydiyyatdan keçən və keçməyən ictimai qurumların bugünkü zamanın tələbinə uyğun olmayan addımları bizi bu müstəvidə çıxış etməyə məcbur etdi. Yəni bu tarixi zərurət idi. Ayrı-ayrı regionlarda olan diasporların bir araya gəlməsi çox sevindirici haldır. Həmin diaspor üzvlərinin hər biri təcrübəli insanlardır. Amma müasir zamanın öz tələbi var. Yeni texnologiyalar dövründə bizim bir müstəvidən çıxış etməyimiz çox vacibdir. Biz həm Azərbaycanın xarici siyasətini bəyan edirik, həm Rusiya-Azərbaycan arasında əməkdaşlıq körpüsü funkisyasını oynayıb,  bunu daha da gücləndirməyə çalışırıq. Azərbaycanlıların səsi olmalıdır. Azərbaycan icmasının fikri ilə dövlətlər razılaşmalıdır. Buna görə onlar bizi görməli, fikirlərimizlə tanış olmalıdırlar.  Mərkəzləşmiş təşkilatlar bu gün öz yanında məhdud cəmiyyəti birləşdirir. Amma biz 30-dan artıq cəmiyyəti ətrafımızda bərqərar edirik.  Bu yaxında diasporun yeni saytı da fəaliyyətə başlayacaq. Saytda diasporun fəaliyyəti və digər məsələlər öz əksini tapacaq. Sabah isə ilk dəfə olaraq regional birliklər arasında videokonfrans keçiriləcək”.


Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana-Vətən” Azərbaycan Qadınları Birliyinin sədri Maisə Ağamirzəyeva
Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhərliyi ilə bundan sonra da uğurlu nəticələr əldə ediləcəyini vurğulayıb:


“Heç şübhəsiz ki, diasporun fəaliyyətində son illər daha da aktivlik müşahidə olunur. Bu da diaspor təşkilatı üzvlərinin birgə əməkdaşlığa üstünlük verməsindən irəli gələn məsələdir. Fuad Muradovun başçılığı ilə diasporun fəaliyyətinə yeni nəfəs gəldi. Kordinasiya şuralarının yaranması ilə bir neçə təşkilatın bu tərkibdə birləşdirilməsi daha aktiv fəaliyyətə səbəb oldu. Biz Kordinasiya Şurası olaraq Hollandiyadayıq, amma tərkibimizə daxil olmayan təşkilatlarla da çox gözəl münasibətimiz var və bir yerdə uğurlu layihələr həyata keçiririk. Biz qürbətdə yaşayan azərbaycanlılar bir yerdə daha sıx əməkdaşlıq edib vahid güc olmağa çalışırıq. Diaspor nümayəndəliyi olaraq Hollandiya mətbuatında Azərbaycan və azərbaycanlılarla bağlı məsələlərə də diqqətli yanaşırıq. Ermənilərə qarşı lazımı cavab verməyə, Qarabağ məsələsinin həlli istiqamətində aktiv mübarizə aparmağa hər zaman hazırıq”.

 

Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Rəsul Məmmədov dövlətin diqqət və qayğısının diaspora qarşı çox olmasının xaricdəki soydaşlarımızın aktiv fəaliyyətinə xüsusi təsir etdiyini deyib:


“Son zamanlarda, xüsusilə 2-3 il ərzində azərbaycanlıların diaspor fəaliyyətinin inkişaf etməsinin səbəblərindən biri komitə sədri Fuad Muradovun aktiv fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılarla davamlı görüşləridir. Eyni zamanda, yeni yaradılan Kordinasiya şuralarının da diaspor fəaliyyətində rolu müsbətdir. Dövlət öz dəstəyini dünyada yaşayan bütün azərbaycanlılara göstərir və diaspor nümayəndələri də Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaqda müstəsna rol oynayır. Erməni diasporuna qarşı fəaliyyət və onların bizə münasibətdə bəzi ölkələrdə zəifləməsinə səbəb də bu sadaladıqlarımdır. Xüsusilə Polşa haqqında deyim ki, son illərdə azərbaycanlılar bu ölkəyə çox axın edir. Qarabağ həqiqətlərinin çatdırılmasında  soydaşlarımız burada xüsusi fəallıq göstərirlər. Bundan başqa, qeyd edim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin də diaspor üzvləri ilə yaxından maraqlanması aktiv fəaliyyət göstərməyə səbəb olur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya XİN-I Azərbaycanın təşəbbüsünü ALQIŞLADI 9 İyul 2020, 19:04 Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri AÇIQLANIB 9 İyul 2020, 18:58 İsveçdə hər plastik torba üçün 55 qəpik vergi tutulur 9 İyul 2020, 18:51 Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb 9 İyul 2020, 18:40 Daha bir həkim koronavirusa yoluxdu 9 İyul 2020, 18:23 Jirinovski saxlanılan qubernatora görə Dövlət Dumasını hədələdi 9 İyul 2020, 18:16 Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib 9 İyul 2020, 18:08 Mehriban Əliyeva göstəriş verdi - Böyük Şor gölü təmizlənsin 9 İyul 2020, 17:58 Dolların məzənnəsi sabit qaldı 9 İyul 2020, 17:52 Azərbaycanda tanınmamış müğənni karantini pozdu - FOTO 9 İyul 2020, 17:46 Azərbaycanda koronavirusa yoluxma ehtimalı yüksək olan şəxslər müəyyənləşdi  - “E-Təbib”-dən AÇIQLAMA 9 İyul 2020, 17:40 Xüsusi karantin bölgəsinin deputatları seçicilərə ÇAĞIRIŞ ETDİLƏR 9 İyul 2020, 17:38 Paşinyanın oğlu ordudan təxris olundu - VİDEO 9 İyul 2020, 17:36 Rusiya 13 ölkə ilə hava uçuşlarını bərpa edir – Bəs Azərbaycan? 9 İyul 2020, 17:34 Bakı-Sumqayıt yolunda yeni geridönmə yeri yaradıldı - FOTO 9 İyul 2020, 17:28 Dilqəmlə Şahbazdan XƏBƏR VAR 9 İyul 2020, 17:22 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 9 İyul 2020, 17:16 Azərbaycan MDB ölkələri arasında 30 ilin REKORDUNU VURDU 9 İyul 2020, 17:10 Gəlin, xırdalayaq, günahkar axtarmayaq! 9 İyul 2020, 17:04 Prezident Administrasiyasının şöbə müdiri partiya sədri ilə görüşdü 9 İyul 2020, 16:58 İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDU 9 İyul 2020, 16:52 Gömrük Hospitalı koronavirusa yoluxan həkiminin son durumunu AÇIQLADI 9 İyul 2020, 16:46 Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO 9 İyul 2020, 16:40 Moskvada qoruyucu maska rejimi ləğv olunur 9 İyul 2020, 16:34 Azərbaycana yeni qaz sayğacları gətirildi - VİDEO 9 İyul 2020, 16:28 Yevlax Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açıldı 9 İyul 2020, 16:22 Seul meri ölü tapıldı 9 İyul 2020, 16:16 DİM magistraturaya qəbul olunan bakalavrlara müraciət etdi 9 İyul 2020, 16:10 Bu Peşə Təhsil Mərkəzlərinə publik hüquqi şəxs statusu verildi 9 İyul 2020, 16:04 BMU-nun magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin qeydiyyatı asanlaşdırıldı 9 İyul 2020, 15:58 SMS-siz küçəyə çıxanların nəzərinə! - HƏBS OLUNANLAR VAR 9 İyul 2020, 15:52 DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib -FOTO 9 İyul 2020, 15:46 Dövlət Agentliyi 84 obyektdə qanun pozuntusu aşkarladı - FOTO 9 İyul 2020, 15:40 Prezident Saleh Məmmədovun bəzi səlahiyyətlərini LƏĞV ETDİ 9 İyul 2020, 15:35 “Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİ 9 İyul 2020, 15:29