Modern.az

Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək

Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək

5 İyun 2020, 17:58

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək.

 

Modern.az Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq.

 

Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib. 

 

Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?