Modern.az

Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto

Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto

6 İyun 2020, 19:30

Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib. 

 

Modern.az görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatı Sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayonu üzrə kommunal xidmət sahələrinin nümayəndələri iştirak edib.

 

Videogörüşdə iştirak edən seçicilər ərazidə qanunsuz tikinti aparılmasının qarşısının alınması, bank və müştəri arasındakı kredit öhdəlikləri, mənzilin zəbt edilməsi, binaların dam örtüklərinin təmiri, əlillik statusunun verilməsi və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi ilə bağlı müvafiq izahat verilib. Digər məsələlər isə aidiyyəti qurumların rəhbərləri tərəfindən qeydə alınıb və onların araşdırılıb həll ediləcəyi bildirilib. Seçicilər onların müraciətlərini daim diqqətdə saxladığı üçün deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub