Arxiv
10 İyun 2020, 12:14 | MƏDƏNİYYƏT
Koronavirus dövrünün KÖNÜLLÜLƏRİ - Onları siz də tanıyın...

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyev 2020-ci ili Azərbaycan Respublikasında “Könüllülər ili” elan edib. 

Öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamış könüllülərimiz öz illərində dünyanı çənginə alan COVİD-19 pandemiyası ilə mübarizədə də aktivdirlər.

Bu gün dünyanı bürüyən koronavirus infeksiyası təəssüf ki, bizim ölkəmizdən də yan keçmədi. Bu istiqamətdə virusun Azərbaycanda yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən çox zəruri addımlar atıldı. Ölkəmizdə həyata keçirilən tədbirlərə töhfə vermək məqsədi ilə, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində yüzlərlə könüllü də hərəkətə keçib.
 

 “Asan Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova bu barədə Modern.az-a danışıb.

22 min könüllü ilə birgə çalışdıqlarını deyən S.Cabarova qeyd edib ki, ASAN könüllüləri respublikamızda koronavirus pandemiyasına qarşı mübarizəyə qoşulan, dövlət başçısının çağırışına cavab verən ilk təşkilatlardan olub:


“Bu istiqamətdə könüllülərimiz 3 aydan çoxdur ki, bütün səylərini birləşdirərək önəmli işlərə imza atırlar. İlk fəaliyyətimiz Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayıb. Artıq 3 aydır ki, könüllülərimiz "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi ilə birlikdə Beynəlxalq Hava Limanında gecə-gündüz çalışır, həkimlərimizlə çiyin-çiyinə vətəndaşlarımıza xidmət göstərirlər. Xaricdən gələn vətəndaşların qarşılanması, vətəndaş axının tənzimlənməsi, sərnişinlərin koronavirusla bağlı məlumatlandırılması, onların karantin bölgələrinə yola salınması ASAN könüllüləri tərəfindən təmin olunur.


Eyni zamanda, karantin dövründə gecə-gündüz çalışan həkimlərdən əlavə,  polislərimiz də fasiləsiz xidmət edirlər və biz də ASAN könüllüləri olaraq, “Azərsun”la birgə 4 gün müddətini Bakı şəhəri ərazisində 2 növbə üzrə 160 stasionar postda xidmət aparan polis əməkdaşlarına "Azərsun" məhsulları və çay termosları hədiyyə etdik. #VAROLUN sosial çağırışı ilə həyata keçirilən layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılması idi.


“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramı çərçivəsində yaşı 65-dən yuxarı olan, tənha yaşayan insanlara dəstək məqsədilə elan olunmuş “qaynar xətt” vasitəsilə müraciətlər qəbul etdik, müraciət edən kimsəsizlərin evlərinə getdik, onların ehtiyacları araşdırdıq və www.asanmektub.az saytına məktublar qismində yerləşdirdik”.

 


Müsahibimizin sözlərinə görə, bu günə kimi qeydə alınmış müraciətlərdən 1044-ü ( Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Mingəçevir, Qəbələ, Quba, Masallı, İmişli, Şəki, Tovuz, Şamaxı, Kürdəmir, Ağcabədi, Zərdab ) artıq təmin edilib və aidiyyəti üzrə təhvil verilib:


“Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), "ASAN Könüllüləri" Təşkilatının birgə əməkdaşlığı və Avropa İttifaqının maliyyə yardımı ilə “Pandemiya dövründə həssas ailələrə dəstək” kampaniyasını icra etdik. Kampaniya çərçivəsində ilkin olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlar əsasında Bakı şəhəri və regionlarda yaşayan və valideyn himayəsindən məhrum olmuş uşaqların, həmçinin əlilliyi olan gənclərin ailələrinə 2000-dən çox qida yardımı, o cümlədən COVID-19 pandemiyasından qorunmaq üçün maarifləndirici materiallar təqdim olunub.
Təşkilat tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində də ciddi işlər aparılır. Bu sahədə biz müxtəlif videoçarxlar hazırlayaraq, sosial şəbəkələr vasitəsilə onları yayırıq”.

 

S.Cabarova qeyd edib ki, ASAN könüllülərinin öz təəssüratlarını bölüşməsi və digər gəncləri də ölkəmizdə həyata keçirilən tədbirlərdə fəal iştiraka səsləmək məqsədilə sosial şəbəkələr üzərindən "#FədakarKönüllülərimiz" rubrikasına start verilib:


“Eyni zamanda, ASAN könüllüləri Ümumdünya Səhiyyə Təşkilatının "Təmiz Əllər” kampaniyasına qoşulan ilk təşkilat olaraq estafeti digər könüllü təşkilatlara ötürüb.
Hazırda “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola Azərbaycan” şirkəti ilə əməkdaşlıq davam etdirilir. Bu humanitar yardım kampaniyası çərçivəsində 120 min ədəd “Bonaqua” suyu xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün ASAN könüllüləri tərəfindən çatdırılıb. Bundan əlavə, 4000 ərzaq yardımı qida ehtiyacı olan ailəyə, 4000 ədəd zəruri tibbi dezinfikasiyaedici vasitəsi ehtiyacı olan şəxslərə (xüsusilə regionlar yaşayanlara) və 1000 ədəd dezinfeksiyaedici tibbi ləvazimat COVID-19 xəstələri ilə işləyən və karantin xəstəxanalarında çalışan həkimlərə çatdırılacaq.
Eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının Mədəniyyət Carçısı proqramı “Hökumətlər tərəfindən COVID-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumunun sessiyalararası fasilə müddətində musiqi və rəqs nömrələri nümayiş etdirib”.


Qurum rəsmisi deyib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin "Könüllülər ili" elan olunması gəncləri, ən əsas da könüllüləri çox sevindirdi:


“Lakin dünyanı çənginə alan koronavirus bəlasının ölkəmizdə də aşkarlanması hər kəsi məyus etdi. Buna baxmayaraq, hökumətin həyata keçirdiyi koronavirusla mübarizə tədbirlərində könüllülərin fəal iştirak etməsi, öz missiyalarını layiqincə yerinə yetirirmələri onu göstərir ki, onlaq həqiqətən də bu ili tam könüldən yaşadılar”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28