Modern.az

Müəllimlərin işə qəbulu müsabiqəsi bu ayda keçiriləcək - Nazirlik

Müəllimlərin işə qəbulu müsabiqəsi bu ayda keçiriləcək - Nazirlik

Təhsil

13 İyun 2020, 12:09

"Müəllimlərin işə qəbulu müsabiqəsinin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

 

Onun sözlərinə görə, hazırda müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi üçün işlər aparılır:

 

“Pandemiya ilə əlaqədar müsabiqənin hansı tarixlərdə və şərtlərlə keçiriləcəyi ilə bağlı müzakirələr aparılır. Ötən il tarixləri əvvəldən açıqlaya bilirdik. Amma bu il pandemiyaya görə indidən konkret vaxt söyləmək mümkün deyil. Sadəcə demək olar ki, imtahanlar iyul ayı ərzində olacaq. Amma iyulun hansı ongünlüyündə olacağını indi demək çətindir".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir