Modern.az

Mingəçevirdə ağır qəza - 1 ölü, 5 yaralı var

Mingəçevirdə ağır qəza - 1 ölü, 5 yaralı var

13 İyun 2020, 12:42

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hyundai” və K.Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mercedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib. Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölüb, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

 

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir