Modern.az

Azərbaycan Rusiya ilə razılığa gəldi

Azərbaycan Rusiya ilə razılığa gəldi

23 İyun 2020, 13:40

Azərbaycan və Rusiya prezidentlərinin əldə etdikləri razılığa uyğun olaraq, bu gün Dağıstan respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, əldə olunmuş razılığa əsasən, daha 250 Azərbaycan vətəndaşı bu gün Dağıstandakı "Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsindən vətənlərinə buraxılacaq.

 
Bundan başqa, tərəflər sərhəddə gözləyən vətəndaşların yaşayış və qida məsələsini birgə həll etmək barədə razılaşıblar. Razılaşmaya görə, Dağıstanın Dərbənd rayonunun Kullar kəndində Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən səhra çadır düşərgəsi salınacaq. Tibbi və psixoloji xidmətin təşkil olunacağı düşərgədə yerləşdiriləcək vətəndaşların mütəmadi qidalanmaları təmin olunacaq. Bunun üçün ərzaq məhsullarını yerli istehsalçılardan tədarük etmək nəzərdə tutulur.

Hazırda Dərbənd rayonunda 650 nəfər Azərbaycan vətəndaşının vətənə qaytmaq üçün gözlədikləri bildirilir.

İyunun 25-də 450 Rusuya vətəndaşı da Azərbaycandan Dağıstana keçəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir