Arxiv
29 İyun 2020, 15:14 | AKTUAL
Azərbaycanda adı olub, saytı olmayan PARTİYALAR

Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir şəraitdə Azərbaycanda bu durum xüsusi karantin rejiminin elan edilməsi, əksər fəaliyyətlərin onlayn sistemə keçirilməsi ilə müşahidə olundu. Təhsildən xidmət sahəsinə qədər hər növ idarəçiliyin onlayn şəkildə aparılması siyasi fəaliyyətlə bağlı da bu kimi məqamları diqqət mərkəzinə gətirdi.

 

Sosial şəbəkələrdə və mətbuatda siyasi partiya rəhbərlərinin, təmsilçilərin mütəmadi çıxışlarını görsək də, maraqlı olan digər məqam ortaya çıxdı. Siyasi partiyaların sosial şəbəkələrdən xaric, səmərəli və rəsmi hesab edilə biləcək saytı varmı? 

 

Modern.az-ın bununla bağlı araşdırması zamanı məlum olub ki, qeyd etdiyimiz məsələdə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, Azərbaycanda Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş 58 siyasi partiyanın cəmi 10-da rəsmi sayt fəaliyyət göstərir.

 

Hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytı “yap.org.az” şəklindədir.

 

Müsavat Partiyası da rəsmi saytı olan siyasi partiyalardan biridir. Lakin partiyanın “musavat.org.az” şəklində olan elektron saytına hazırda daxil olmaq mümkün deyil. Partiya başqanı Arif Hacılı isə saytımıza açıqlamasında problemin xaker hücumlarından qaynaqlandığını bildirib.

 

Ümid Partiyasının “umidparty.org” saytı isə yenilənmiş formada istifadəyə verilib.

 

Gələcək Azərbaycan Partiyasının “gap.org.az”, Azərbaycan Liberal Demokrat Partiyasının isə “libdemaz.blogspot.com” domeni ilə hazırlanmış saytları hazırda fəaliyyətdədir. Son zamanlar siyasi aktivliyi ilə seçilən Respublikaçı Alternativ Partiyası isə qeydiyyata alınmış siyasi partiya olmasa da “realpartiya.org” formasında rəsmi saytı fəaliyyət göstərir. Milli Dirçəliş Hərəkatı Partiyasının saytı “mdhp.az”, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının saytı “baxcp.az”, Klassik Xalq Cəbhəsi Partiyasının saytı isə “kxcp.org”dur. Azərbaycan İslam Partiyasının rəsmi saytı olan “islaminsesi.org” isə hazırda fəaliyyət göstərmir. Bunun səbəbi barədə siyasi partiyanın mövqeyini öyrənə bilmədik.

 

Azərbaycan Demokrat Partiyasının rəsmi saytı “adp-muxalifet.blogspot.com”un isə server problemi olduğundan dolayı hazırda keyfiyyətli fəaliyyət göstərdiyini qeyd edə bilmərik.

 

Rəsmi saytı olan partiyalardan biri də Azərbaycan Sosial Demokrat Partiyasıdır. Lakin bu partiyanın “sdpa.az” domeni üzərində qurulmuş saytı ötən ildən fəaliyyətini dayandırıb. Partiya sədri Araz Əlizadə buna baxmayaraq, partiyanın fəaliyyətinin davam etdiyini vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09 Məmmədyarovun iranlı həmkarı ilə telefonla DANIŞDI  14 İyul 2020, 19:00