Modern.az

Təkəri partlayan TIR iki avtomobili yararsız hala saldı - FOTO

Təkəri partlayan TIR iki avtomobili yararsız hala saldı - FOTO

Aktual

29 İyun 2020, 20:20

Goranboyda iri tonnajlı yük avtomobili bir neçə minik avtomobilini yararsız hala salıb.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı TIR-ın şininin partlaması nəticəsində iri tonnajlı avtomobil əvvəlcə yolayırıcı məhəccərə, daha sonra isə yolun kənarında olan iki "Mercedes" və bir "VAZ 21099" markalı avtomobilə çırpılaraq onları yararsız hala salıb.

Qəza zamanı TIR-ın sürücüsünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok