Modern.az

Fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb

Fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb

29 İyun 2020, 21:37

Tailandda COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyət rejimi iyulun sonunadək uzadılıb.

Modern.az xəbər ki, bu barədə qərarı Baş Nazir Prayut-Çanoçanın rəhbərlik etdiyi operativ qərargah verib. Virusun yayılmasının ikinci dalğası riskinin yüksək olduğunu bildirən Baş Nazir fövqəladə vəziyyət rejiminin iyulun sonunadək uzadılması qərarını müdafiə edib.

“Fövqəladə vəziyyətin qüvvədə olması hökumətə virusun yayılmasının qarşısını almaq üçün qanuni vasitələr verəcək”, - deyən Baş Nazir əlavə edib ki, əgər ikinci dalğa baş verərsə, bu qərar hökumət qurumlarına ölkə sərhədlərini, iş və istirahət mərkəzlərini bağlamaq imkanı verəcək.

Qeyd edək ki, Tailandda son 35 gündə daxili ötürülmə yolu ilə virusa yoluxma qeydə alınmasa da, xaricdən gələnlər arasında yoluxma halları hələ də davam edir. Hökumət ikinci dalğa ehtimalı ilə əlaqədar ehtiyatlı davranmağa üstünlük verib. Fəaliyyətinə icazə verilmiş sahələrdə isə sanitar-gigiyena qaydalarına, maska taxılmasına, sosial məsafənin qorunmasına dair ciddi tələblər var.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır