Arxiv
30 İyun 2020, 17:26 | PARLAMENT
Milli Məclisdən Siyavuş Novruzovun çıxışına REAKSİYA: “Təhrif olunub”

Milli Məclisin 29 iyun tarixli plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı çıxış edərək Koronovirus (Covid-19) epidemiyası ilə mübarizə barədə fikirlərini bölüşüb.

 

Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  bəzi kütləvi informasiya vasitələri deputatın çıxışını təhrif etmişlər. Aşağıda deputat Siyavuş Novruzovun yuxarıda göstərilən iclasda çıxışının tam mətnini təqdim edirik:

 

“Hörmətli Sədr, hörmətli deputatlar! Nizami müəllim qanunvericilik haqqında çox ətraflı şəkildə qeyd etdi. Doğrudanda, bu, çox ciddi bir məsələdir. Bu, tək qanunvericilikdə hər-hansı bir dəyişiklik deyil. Ümumiyyətlə, bu məsələnin özü milli təhlükəsizlik məsələsidir. Bu, dövlət təhlükəsizliyi məsələsidir, ailə təhlükəsizliyi məsələsidir. Əgər biz hesab edirik ki, hər bir ailə dövlətin əsasını təşkil edir, onda hər bir xəstələnən ailənin, dünyasını dəyişən vətəndaşın dövlətin sütunlarına nə qədər ziyan vurması barədə düşünməliyik. Kimlərinsə qanunu pozması, kimlərinsə bu məsələyə laqeyd yanaşması, kimlərinsə təkəbbürü nəticəsində insanlar xəstələnir, epidemiyaya yoluxursa, onda biz cərimələri daha da sərtləşdirməliyik. Hesab edirəm ki, tək cərimə deyil, digər inzibati metodlarla da biz bunun qarşısını almağa çalışmalıyıq. Təsəvvür edin, bəzən görürsən ki, bunu başqa cür qələmə vermək istəyənlər var. Biz vətəndaşdan xahiş edirik ki, 30 qəpiklik maska alıb taxsın, gedib 200 manat, 100 manat cərimə verməsin. Bu, həmin vətəndaşın özünün təhlükəsizliyi, ailəsini qorumaq üçün lazımdır. Onun atasının, anasının, övladlarının təhlükəsizliyi üçündür. Bir məsuliyyətsiz şəxsin bir ailəni xəstələndirməsi digər ailələrə də baha başa gəlir. Hüquqlar o vaxt məhdudlaşır ki, digərlərinin hüququ pozulur. Hər bir şəxs çalışmalıdır ki, digər şəxsin hüququnu pozmasın. Bu baxımdan, mən hesab edirəm ki, biz cərimələri daha da sərtləşdirməliyik. Təsəvvür edin, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü, təklifi ilə bu gün dünya bir yerə yığışır. Birləşmiş Millətlər Təşkilatı yığışır bu məsələnin müzakirəsinə. Bizim xalq gərək burda nümunə ola. Bizim Prezidentimiz bu cür təşəbbüslə çıxış edib. 130-dan artıq dövlət cənab Prezidentə dəstək verib və BMT-də gündəliyə növbədənkənar belə bir məsələ daxil edilib. Bizim vətəndaşlarımız, hər birimiz gərək elə intizamlı olaq ki, qayda-qanuna riayət edək ki, digər xalqlara bir nümunə göstərək. Mən hesab edirəm ki, bu məsələ ilə əlaqədar şaiyə yayanların da, başqa-başqa fikir söyləyənlərin də haqqında ciddi ölçü götürməliyik. Kimlər ki, internet resursları vasitəsilə yayır ki, pandemiya yoxdur, bu, yalandır - bunların hamısı təxribat xarakterli fikirlərdir. Bu, insanlarımızı çaşdırmaqdır, onları yolundan çıxarmaqdır. İctimai yerlərdə, avtobuslarda, metrolarda, avtobus dayanacaqlarında insanlar arasında təxribat xarakterli fikirlər söyləyənlərə - maska taxmayın və yaxud da belə məsələlər yoxdur – deyənlərin qarşısı qəti şəkildə alınmalıdır, cərimələr artırılmalıdır. Digər bir məsələyə toxunmaq istəyirəm. Belə bir şayiə yayırlar ki, siz narahat olmayın, siz qanunları pozun cənab Prezident, Birinci vitse-prezident sizin əvəzinizə cərimələri ödəyəcək. Mən başa düşürəm ki, cənab Prezident şəhid ailələrinin müavinətini verir, çox düzgün edir. Cənab Prezident zəlzələdən ziyan çəkmiş insanlara ev tikir, şərait yaradır, çox düzgün edir. Qaçqınlarımıza, məcburi köçkünlərimizə, şəhid ailələrimizə, Qarabağ əlillərinə bunları edir, düzgün edir. Böyük ticarət mərkəzlərində əmlakı yananlara dəstək verir, köməklik göstərir. Bu da tamamilə düzgündür. 190 manatdan ibarət ardıcıl şəkildə yardımlar göstərilir, bu da tamamilə düzgündür. Mən bir şeyi başa düşə bilmirəm. Evin üstündə çıxıb domino oynayanın və yaxud kabab çəkən adamın cəriməsini cənab Prezident yaxud Birinci vitse-prezident niyə verməlidir? Başqa bir misal. Biri avtobusda maska taxmır, özünü elə aparır ki, guya bundan böyük insan yoxdur, onun cəriməsini niyə verməlidir? O, cəriməni zəhmət çəkib özü versin. Ondan sonra o, maskanı elə taxacaq ki, necə lazımdır. Bu baxımdan, mən hesab edirəm ki, qanun günün tələblərinə cavab verən bir qanundur və hamını bu qanunu dəstəkləməyə çağırıram.”

 

Qeyd edək ki,  Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi  KİV və media nümayəndələrindən peşə etikasına uyğun olaraq istənilən məlumatı yayarkən təhrifə yol verməkdən çəkinmələrini xahiş edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda stilist intihar etdi - FOTO 4 Avqust 2020, 00:51 Bakıda 38 yaşlı kişi bıçaqlandı 4 Avqust 2020, 00:34 Bu ölkədə hər gün 50 min insan koronavirusa yoluxur 4 Avqust 2020, 00:23 Rusiyada miqrantlara iş icazəsi verilməsi proseduru çətinləşir 4 Avqust 2020, 00:06 Salyandakı zəncirvari qəzada baş həkim ağır xəsarət aldı   3 Avqust 2020, 23:56 Qarabağ BMT idarəçiliyinə verilsin - Amerikalı diplomat 3 Avqust 2020, 23:45 Samur-Abşeron kanalından meyit tapıldı 3 Avqust 2020, 23:33 Uçan taksi sınaqdan keçirildi - VİDEO 3 Avqust 2020, 23:18 İrəvanın qəbul edilən gerbinin mənası... 3 Avqust 2020, 23:07 Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ 3 Avqust 2020, 22:47 Gəncədə yataqxanada qadın bıçaqlandı 3 Avqust 2020, 22:34 Şəkidə 360 aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı - FOTOLAR 3 Avqust 2020, 22:26 Reanimasiyadakı COVİD-19 xəstələrinin sayı AZALDI 3 Avqust 2020, 22:09 Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi vəfat etdi 3 Avqust 2020, 21:53 Şagirdlər üçün “Microsoft Teams” proqramı ilə bağlı təlim keçirilib 3 Avqust 2020, 21:41 Türkiyədə daha 19 nəfər koronavirusdan öldü 3 Avqust 2020, 21:29 Cəlalabadda həbsxanaya hücum: 29 nəfər öldü 3 Avqust 2020, 21:12 Çimərlik ərazilərdə istifadə qaydaları ilə bağlı VİDEOTƏLİMAT 3 Avqust 2020, 20:57 Çindən Azərbaycana tibbi ekspert qrupu göndəriləcək 3 Avqust 2020, 20:44 Kürdəmirdə ağır qəza: xəsarət alanlar var 3 Avqust 2020, 20:30 Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatdı 3 Avqust 2020, 20:17 İtaliyadan Azərbaycana həkimlər ağır xəstələrin müalicəsinə cəlb olunacaq 3 Avqust 2020, 19:41 Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd 3 Avqust 2020, 19:30 Tələbləri pozan 7629 obyekt cərimələnib 3 Avqust 2020, 19:18 İsveç azərbaycanlılarından TƏKZİB: Yayılan məlumat tamamilə yanlışdır 3 Avqust 2020, 19:14 Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər 3 Avqust 2020, 18:57 Yaqut Qarayeva qızıl mağazalarının bağlı qalmasına aydınlıq gətirdi 3 Avqust 2020, 18:39 Məktəblər sentyabrın 15-də açılacaq? - Operativ Qərargahdan REAKSİYA 3 Avqust 2020, 18:34 TƏBİB: “İxtisas baxımından həkimlərimiz ən riskli qrupa daxildir” 3 Avqust 2020, 18:24 Hikmət Hacıyev: “Qarabağa dəstək aksiyası olmasaydı, yoluxma daha aşağı ola bilərdi” 3 Avqust 2020, 18:20 Bir rayondan digərinə getmək üçün hansı sənədlər tələb olunur? 3 Avqust 2020, 18:15 “Çimərliklərdə eyni vaxtda 100 minə yaxın vətəndaş istirahət edə bilər” - AÇIQLAMA 3 Avqust 2020, 18:10 “ASAN  xidmət”in sədri: “Rayona gedən şəxs ezamiyyə sənədini göstərib postdan keçə biləcək” 3 Avqust 2020, 18:04 Kiçik kafelər və açıq havada olan restoranlar açıla bilər - TƏBİB 3 Avqust 2020, 18:01 190 manatın verilməsi, iqtisadi paketlə bağlı məsələ MÜZAKİRƏ EDİLİR 3 Avqust 2020, 17:53