Arxiv
1 İyul 2020, 11:20 | İQTİSADİYYAT
Sahibkarların güzəştli kredit almaq imkanları genişləndirilir

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

 

İqtisadiyyat  Nazirliyindən Modern.az-a verilən məlumata görə, yeni qaydalara əsasən, Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

 

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məs; çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

 

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

 

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

 

Bununla yanaşı, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28