Modern.az

İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi”

İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi”

2 İyul 2020, 10:08

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev istefa verməsindən danışıb. 

 

Modern.az xəbər verir ki, A.Hacıyev “MediaPost”a açıqlamasında istefa verməsi xəbərini təsdiqləyib:

 

“Bəli, mən vəzifəmdən azad olunmağım üçün ərizə yazmışam. Qardaşım narkotiklə həbs olunmaqla məni el arasında biabır etdi. İnsanların içinə çıxa bilmirəm. Bu olaylardan sonra kimin üzünə baxa bilirəm ki!”

 

A.Hacıyev bildirib ki, qardaşının narkotik alverçisi olmasından xəbərsiz idi:

 

“Sağlıq olsun, qarşıdakı günlərdə hər şey bilinəcək. Amma mövcud durumda mən heç nə bilmirəm. Ona görə də, icra başçısına ərizə yazaraq vəzifəmdən istefa vermişəm”.

 

Qeyd edək ki, A.Hacıyevin qardaşı 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin 25 iyul tarixində keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər