Arxiv
3 İyul 2020, 12:50 | AKTUAL
Qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsun” - Deputat

Operativ Qərargahın tərkibinə baxdım və bildim ki, qərar verənlər kimdir. Hamısı bizim hörmətli dövlət nazirlərimiz, hökumətin digər hörmətli üzvləri. Üç nəfərdən başqa da heç kimin nə tibbə aidiyyatı var, nə də virusa”.

 

Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib.

 

Qərarlar da belə olmalı idi”, deyən deputat, “hələ yaxşı ki, daha pis günə düşməmişik”, deyə vurğulayıb:

 

Bu tərkib verilən tapşırıqların, hökumətin göstərişlərinin, Prezidentin qərarlarının vətəndaşlar tərəfindən icra edilməsinə nəzarət edənlərdir və pis-yaxşı da edirlər. Amma, o tərkibdə olanlar xəstəlik və virusla, onun müalicəsi ilə, yayılmasının qarşısının alınması ilə bağlı düzgün qərar verə bilməzlər.

 

Virusun müalicəsi, yayılmasının qarşısının alınması, vətəndaş davranışı və onlara tətbiq olunacaq məhdudiyyətlərin siyahısını başqa qurum hazırlamalı və Operativ Qəragaha təsdiq üçün təqdim etməlidr və iki qurumun iştirakı ilə qərarlar müəyyən edilməlidir”.

 

Razi Nurullayev bildirib ki, qoy siyasətçilər siyasət ilə, həkimlər də virusla məşğul olsunlar:

 

Bu qədər bəsitdir hər şey! Baş infeksionist Cəlal İsayev ancaq mətbuatla işləyir, sözünü orada deyir, belə çıxır ki, onu dinləyən, ondan məsləhət istəyən yoxdur, baş epidemioloq İbadulla Ağayev gedib oturub bir ucqar kənddə, heç televizoru və interneti də yoxdur. Onda günah varmı? Xeyr, çünki, ona deyən var ki, ay İbadulla müəllim, baş epidemioloqsan, gəl məsləhət ver, yol göstər”.

 

Millət vəkili məsələylə bağlı hökumətə səslənib:

 

Mən hökumətə səslənirəm: təcili olaraq həkimlərdən, epidemioloq, infeksionist və mütəxəssislərdən ibarət yeni bir tərkibin yaradılmasına ehtiyac var, məsuliyyəti onların üzərinə qoyun. İnanıram ki, onlar park və bulvarları bağlayıb, insanları evə qapatmaz və insanlar da evlərdə kütləviliklə toplaşıb bir-birini yoluxdurmazdılar. Onların verdiyi tövsiyyələr insanların iki saatlıq maskaları həftələrlə geyinib sadəcə görüntü yaratmağa səbəb olmazdı. Hərəkət zamanıdır. Paylaşın! Mətbuat nümayəndələrindən də yayılmasını xahiş edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxıstanın 16 vətəndaşı öz ölkələrinə yola salındı 14 Avqust 2020, 12:08 Şabranda 9 velosipedçi cərimələndi 14 Avqust 2020, 12:02 Əli Abbasov Ramiz Mehdiyevin müşaviri təyin olundu 14 Avqust 2020, 11:56 Ermənistana hərbi dəhliz açan ölkələr - Ekspert: “Bu 3 ölkə ilə izahat işi aparılmalıdır” 14 Avqust 2020, 11:50 Hacıqabulda reydlər davam edir - FOTO 14 Avqust 2020, 11:48 BANM-in məzunları DAAD təqaüdünü qazanıb 14 Avqust 2020, 11:42 Müəllim olmaq istəyənlərin nəzərinə 14 Avqust 2020, 11:36 Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi 14 Avqust 2020, 11:33 Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatdı 14 Avqust 2020, 11:28 Abituriyentlərin nəzərinə! 14 Avqust 2020, 11:22 Prokurorluq Binəqədidəki müəmmalı ölümlə bağlı məlumat YAYADI 14 Avqust 2020, 11:16 Bel çantasında narkotik tapıldı 14 Avqust 2020, 11:10 “Gürcüstanın idarəetməsində azərbaycanlıların rolu artacaq” – Marneuli meri 14 Avqust 2020, 11:04 Azərbaycan XİN-i Pakistanı təbrik etdi 14 Avqust 2020, 10:59 Sabiq prezidentin həbs qərarı qüvvədə qaldı 14 Avqust 2020, 10:54 Nazirlik mebelə 1,6 milyon manat XƏRCLƏYƏCƏK 14 Avqust 2020, 10:48 Avropa Azərbaycanlıları erməni lobbisini dünya ictimaiyyətini çaşdırmaqda ittiham edib 14 Avqust 2020, 10:42 Vilayət Eyvazovdan YENİ TƏYİNAT 14 Avqust 2020, 10:36 Azərbaycan nefti yenidən ucuzlaşdı 14 Avqust 2020, 10:30 Ramiz Mehdiyev Əli Abbasovu işdən azad etdi 14 Avqust 2020, 10:24 Nazirlikdən şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdarlıq 14 Avqust 2020, 10:18 Daha bir xarici jurnalist Qarabağa qanunsuz səfər etdi 14 Avqust 2020, 10:12 Mingəçevirdə gizli işləyən restoran TAPILDI  14 Avqust 2020, 10:06 Bələdiyyə sədri cərimələndi 14 Avqust 2020, 10:00 Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi 14 Avqust 2020, 09:54 Neft yenidən bahalaşdı 14 Avqust 2020, 09:48 Ermənilər 400 min azərbaycanlının suyunu kəsəcək - EKOLOJİ TERROR 14 Avqust 2020, 09:42 Təhsil naziri ictimaiyyətə müraciət etdi 14 Avqust 2020, 09:36 Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır 14 Avqust 2020, 09:30 Ermənilər Tovuzu yenidən atəşə tutdular - Müdafiə Nazirliyi  14 Avqust 2020, 09:24 Bakı sakinlərinə xəbərdarlıq - sabah küçəyə çıxmayın 14 Avqust 2020, 09:18 ABŞ-la Moskva arasında VAKSİN QALMAQALI 14 Avqust 2020, 09:12 Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı   14 Avqust 2020, 09:06 Prezident 16 universitetə rektor TƏYİN ETDİ 14 Avqust 2020, 09:00 Prezidentin “Qarabağ” yatağı ilə bağlı fikirləri İtaliya mətbuatında 14 Avqust 2020, 08:57