Arxiv
3 İyul 2020, 15:56 | AKTUAL
“Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat

“Operativ qərargahın məlumatlarından da bəllidir ki, koronavirusa yoluxma sabitləşib, əvvəlki tendensiya artıq yoxdur. Ötən iki həftə ərzində tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verdiyindən dinamikanın saxlanılması şərt oldu. Bu səbəbdən də, sərtləşdirilmiş karantin müddətinin uzadılması, əlavə məhdudiyyətlərin tətbiqi pandemiyanın təsirinin daha da zəiflədilməsinə hesablanıb”.

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, yollardan postların yığışdırılmasından sonra polislərin daha da gücləndirilmiş iş rejiminə keçməsi, qapalı və ictimai məkanlarda polis nəzarətinin gücləndirilməsi ilə sərtləşdirilmiş karantin rejiminin tətbiqi pandemiyanın təsirlərinin azaldılması baxımından nəticənin daha da yaxşılaşmasına öz müsbət töhfəsini verəcək:

“Ayın 5-dən sonrakı iki həftə ərzində də sərt qaydalar olacaq, hətta çoxsaylı insanların istifadə etdiyi metro xidməti tamamilə bağlanacaq. Eyni zamanda, həftə sonlarında ümumiyyətlə ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Digər məhdudiyyətlər də öz növbəsində tətbiq ediləcək. Eləcə də ictimai və sosial məsuliyyətin artırılması məqsədilə cərimələrin artırılmasını nəzərdə tutan qanun da artıq qüvvədədir. Beləliklə də, hökumət yoluxmanın sürətini və sayını azaltmaq üçün bu gün üçün məqbul olan məhdudiyyətləri tətbiq etdi. Amma bu, insanlarımızda əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi yenidən alovlandırmamalıdır. Bir birlikdə güclü olduğumuz üçün pandemiyaya qarşı mübarizədə də birgə addımlamalıyıq. Bu dövrü səbrlə, təmkinlə keçirməliyik, qayda və qanunlara mütləq riayət etməliyik. Ehtiyac olmadığı təqdirdə evdən çıxmayaq, mağazaya, ictimai məkanlara gedərkən maskadan istifadə edək, sosial məsafəni qoruyaq, bir-birimizə hörmət edək”.

“Vətəndaşlarımız bir həqiqəti bilməlidir ki, nə qədər səbrli olub bu məhdudiyyətlər dövrünü təmkinlə başa vursaq, bir o qədər də karantin şəraitindən tex çıxarıq, bütün məhdudiyyətlər də aradan qalxar. Beləliklə də, normal yaşayış tərzimizə yenidən dönmüş olarıq” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, nə qədər ki pandemiya şəraiti və karantin sürəcək, bu, dövlətimizə də, hər bir vətəndaşımıza da zərərini vuracaq:

“Təsəvvür edin ki, hazırda koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatına 2 trilyon dollara qədər zərər dəyib. ABŞ-da əhalinin təxminən 40 faizi işsiz vəziyyətə düşüb. Avropa iqtisadiyyatının bərpası üçün 400 milyard avro tələb olunur. Hətta, bu gün Avropa ölkələrində gənclərin işsizlik səviyyəsi 30 faizə yüksəlib. Bütün bunlar əlbəttə ki, dünyanın əhəmiyyətli hissəsi olan Azərbaycana da təsir edir. Amma hər bir halda dövlət müxtəlif proqramlarla vəziyyəti stabil saxlamağa çalışır. Lakin bilməliyik ki, səbrli və təmkinli olmağımız, pandemiyanı birgə tez bir zamanda məğlub etməyimiz nəticəsində dövlətimizin vəziyyəti, iqtisadiyyat stabilləşəcək, əvəzində vətəndaşlarımız da yüksək rifah halına yenidən dönəcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə daha 60 evə qaz verildi  9 Avqust 2020, 17:58 Parisdə maska taxmaq məcburi olacaq 9 Avqust 2020, 17:28 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi 9 Avqust 2020, 17:09 İran-İraq sərhədində güclü zəlzələ 9 Avqust 2020, 16:58 Kabildə səfirliklər yerləşən ərazidə güclü partlayış 9 Avqust 2020, 16:47 ABŞ-da prezidentliyə namizədi yarasa dişlədi 9 Avqust 2020, 16:30 Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir 9 Avqust 2020, 16:15 Sabahdan Maştağa sakinləri Bakıya "BakuBus"la gedib-gələcəklər   9 Avqust 2020, 15:51 Avropa Liqasında mövsümün ilk püşkü atıldı   9 Avqust 2020, 15:48 Belarusda prezident seçkiləri baş tutdu 9 Avqust 2020, 15:39 “TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO 9 Avqust 2020, 15:20 DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər 9 Avqust 2020, 14:58 “Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli oldu 9 Avqust 2020, 14:43 İmişlidə yol qəzası  9 Avqust 2020, 14:24 Çimərliklərdə sıxlıq var - Video 9 Avqust 2020, 14:04 Azərbaycanda koronavirusa yoluxanların sayı 100-dən aşağı düşdü 9 Avqust 2020, 13:49 Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı 9 Avqust 2020, 13:39 Deputat Ağalar Vəliyev goranboylulara müraciət edib 9 Avqust 2020, 13:30 Belarusda xaos olmayacaq - Lukaşenko 9 Avqust 2020, 13:22 Sabah Bakıda hava küləkli olacaq - rayonlarda yağış... 9 Avqust 2020, 13:05 Beyrutdakı etiraz aksiyaları yatırıldı 9 Avqust 2020, 12:51 Rusiyada COVID-19-a yoluxanların sayı açıqlandı 9 Avqust 2020, 12:42 Müdafiə Nazirliyi generalın ölümü ilə bağlı məlumat yaydı 9 Avqust 2020, 12:29 Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər öldü 9 Avqust 2020, 12:19 Azərbaycan-Türkiyə hərbi təlimlərinə xüsusi təyinatlı bölmələr cəlb edildi - VİDEO 9 Avqust 2020, 12:05 Bakıda polis onu bıçaqlayan oğrunu güllələdi 9 Avqust 2020, 11:51 Yaşadığı evdə intihar etdi 9 Avqust 2020, 11:42 İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı 9 Avqust 2020, 11:26 Azərbaycanda general VƏFAT ETDİ 9 Avqust 2020, 11:16 Dünyada COVİD-19-a yoluxanların sayı 20 milyon nəfərə çatır 9 Avqust 2020, 11:14 Hindistanda oteldə yanğın - 7 ölü 9 Avqust 2020, 11:03 Bakıda qardaş qardaşı niyə bıçaqladı... 9 Avqust 2020, 10:47 Sumqayıtda Xalq artistinin qardaşı döyüldü 9 Avqust 2020, 10:44 "Seçicilər aktivdir" - Belarusda seçkiləri müşahidə edən azərbaycanlı deputat 9 Avqust 2020, 10:29 Tovuzda ər arvadını bıçaqlayıb öldürdü 9 Avqust 2020, 10:28