Modern.az

“AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...  

“AFB Bank” ”Fitch” ilə əməkdaşlığı niyə dayandırır...  

Aktual

9 İyul 2020, 09:47

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC “Fitch” reytinq agentliyi ilə reytinqin yenilənməsi üzrə əməkdaşlığı dayandırır.

Modern.az Marja-ya istinaddən xəbər verir ki,  bankdan daxil olmuş məlumata görə, bütün dünyada qlobal böhrana yol açan COVİD-19 pandemiyasının yaratdığı yeni iqtisadi reallıqlar hazırda kommersiya banklarının da kredit reytinqinin yenilənməsinin əhəmiyyətini azaldır. Xarici maliyyə bazarlarında baş verən kataklizmlər vəsait cəlb etmək imkanlarını çətinləşdirmiş, həmçinin kredit qoyuluşlarının azalması fonunda kredit reytinqinin yenilənməsini Bank üçün qeyri-rasional etmişdir. Biznesin inkişafı məsələlərində strategiya bir daha nəzərdən keçirilərək “Fitch” reytinq agentliyi ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərara alınmışdır.

"Bununla yanaşı qeyd edək ki, Bankın LT İDR reytinqi "B-" səviyyəsində qiymətləndirilmişdir. Çətin iqtisadi vəziyyətə baxmayaraq “AFB Bank”ın kapital mövqeyi tələb olunan normativlərdən kifayət qədər yüksəkdir və bu reytinq ölkə üzrə aparıcı kommersiya bankları arasında olan ən yüksək reytinqlərindən biridir.

Məlumat üçün bildiririk ki, “AFB Bank”ın mənfəətində arıtm qeydə alınmışdır. Bankın bu ilin 1-ci rübünün mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 23 dəfə çoxdur",- məlumatda bildirilir.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü