Modern.az

Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ

Keçmiş deputat işsizdir: “Qorunmaqdan başqa yolumuz yoxdur” - MÜSAHİBƏ

10 İyul 2020, 09:17

Beşinci çağırış Milli Məclisin deputatı olmuş bəzi şəxslər 9 fevral 2020-ci il tarixli növbədənkənar seçkilərdən kənarda qaldılar. Modern.az-ın əməkdaşı onları arayıb-axtarmağa davam edir... Keçmiş deputatlar hardadırlar, nə iş görürlər...

Budəfəki həmsöhbətimiz 57 saylı Kürdəmir seçki dairəsindən deputat olmuş Müslüm Məmmədovdur: 


- Müslüm müəllim, pandemiya dövründə günlərinizi necə keçirirsiz?


- Hamı kimi evdə oturub karantin qaydalarına riayət edirik. Koronavirusla mübarizədə qorunmaqdan başqa yolumuz yoxdur. COVID-19 dünyada da sürətlə yayıldığı üçün hər kəs özünütəcrid  üsullarına üstünlük verir


- Artıq deputat deyilsiz. Belə deyək, daha qapınızı hansısa seçici döymür. 5 ildən sonra deputat olmamağa alışa bilmisiz?


- Bəzi məsələlər var ki, bizdən asılı olmadan öz yoluna düşür. Deputat olmaq nəyəsə alışmaq demək deyil. Bir çağırış deputat oldum. İndi isə deputat deyiləm. Həyat davam edir.


- Yeni parlamenti, deputatların fəaliyyətini izləyə bilirsinizmi?


- Tam yaxından olmasa da, hansısa məlumatlar qarşıma çıxırsa, oxuyuram. Yeri gəlmişkən, xanım sədr Sahibə Qafarova ilə həmkar olmaqla yanaşı, AŞPA-da da birgə çalışmışıq. Sahibə xanım yüksək savada malik insandır. Hesab edirəm ki, onun rəhbərliyi ilə həyata keçirilən işlər öz müsbət bəhrəsini verəcək. Sahibə xanım dəyərli insandır. Onunla işləmək çox rahatdır.  Yeni parlamentin fəaliyyəti pandemiya ilə üst-üstə düşdü. Bu da ilk iclaslarda müəyyən çətinliklər yaratdı. Təbii ki, pandemiya da bitəcək və hər bir iş öz qaydasına düşəcək.


- Vaxtilə deputatı olduğunuz Kürdəmir rayonunun seçiciləri heç sizinlə əlaqə saxlayırlarmı?


- Dünən onlardan biri zəng etmişdi. Həm də yaxın insandır. Telefonda söhbət edərkən pandemiya bitən kimi görüşmək barədə söz verdim. Deputat olduğum vaxtlarda seçicilərim olan insanlar indi hansısa problemi həll etmək üçün yox, hal-əhval tutmaq üçün zəng edirlər


- Deputat olmasanız da, vaxtilə həmkar olduqlarınız bu gün də deputatdır. Hansısa deputatla əlaqələriniz qalırmı?


- Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid  Oruc və digərləri ilə vaxtaşırı telefon əlaqəsi saxlayırıq. Sadəcə, pandemiya səbəbindən görüşlər təxirə salınıb.


- Bildiyiniz kimi pandemiya ailələrə maddi çətinliklər də yaşatmaqdadır. Bəzi iş yerləri  karantin səbəbindən fəaliyyətini dayandırıb. Bu dönəmlərdə çətinliklə üzləşirsizmi?


- Hazırda işsizəm. Məhz işsizliyə görə növbəti dəfə deputat seçilməyən şəxslər bir il müddətinə hazırki deputatın maaşının 80%-ni alır. Bir il ərzində iş tapana qədər bu maaşla dolanmaq olar. Hələ ki maaşım mənə kifayət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu