Modern.az

Rusiya beynəlxalq uçuşları tədricən bərpa edəcək

Rusiya beynəlxalq uçuşları tədricən bərpa edəcək

10 İyul 2020, 22:16

Rusiya iyulun 15-dən etibarən xarici uçuşlara qoyulan məhdudiyyətləri tədricən aradan götürəcək.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini Tatyana Qolikova bildirib:

“Bu ona görə mümkün olub ki, Rusiyada xeyli müddətdir yeni növ koronavirus infeksiyasına yoluxma halları və xəstəliyin azalması müşahidə olunur”.

Qolikovanın sözlərinə görə, uçuşlar Covid-19-a yoluxma nisbəti hər 100 min nəfərə 40-dan çox olmayan ölkələrlə bərpa olunacaq. Həmin ölkələrdə orta sutkalıq yoluxma və yayılma riski 1 faizi keçməməlidir.

Qolikova bildirib ki, bu səbəbdən aviasiya orqanları həmin kriteriyalara cavab verən ölkələri aydınlaşdırmalı və danışıqlar aparmalıdır.

Bundan başqa, əlverişsiz epidemioloji vəziyyət olan yerlərdən gələnlər karantinə alınacaq. Həmçinin, Covid-19 testi olmayan sərnişinlərdən test götürüləcək və cavab neqativ olanadək müşahidə altında saxlanılacaqlar.

Əcnəbi vətəndaşların Rusiyaya gəlmək üçün 3 gün əvvəlcədən alınmış tibbi arayışları da olmalıdır.

Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir