Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 11-i şənbə günü Ər-Riyaddan Bakıya çarter reysi ilə 83 həmyerlimizi vətənə çatdırıb.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılmışdır. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

 

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.