Modern.az

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir

Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir

13 İyul 2020, 09:22

COVİD-19 virusu ilə mübarizə aparmaq üçün 115 kubalı tibb mütəxəssisi Azərbaycana göndərilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Kubanın Xarici İşlər naziri Bruno Rodriges deyib.

 

Nazir bildirib: "Bu gün bizim 115 mütəxəssisimiz COVID-19 ilə mübarizəyə kömək etmək üçün Azərbaycana göndərilir. Briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək".

 

B.Rodrigesin sözlərinə görə, ümumilikdə, bu gün Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə yardım göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir