Modern.az

Gədəbəydə polis əməkdaşı əmisini qətlə yetirdi

Gədəbəydə polis əməkdaşı əmisini qətlə yetirdi

13 İyul 2020, 12:32

Gədəbəydə əmisini qətlə yetirən şəxsin polis əməkdaşı olduğu məlum olub. 

 

Modern.az xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, A. İsgəndərov sabiq polis əməkdaşıdır: "Arzu İsgəndərov əvvəl polis olub, hazırda o polis əməkdaşı deyil". 

 

Qeyd edək ki, ötən gün A.İsgəndərov torpaq üstündə əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib, S.İsgəndərova isə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən A. İsgəndərov saxlanılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə