Modern.az

Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib  

Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib  

Aktual

16 İyul 2020, 16:46

İyulun 16-da Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Məclisinin onlayn iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasa AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev sədrlik edib.

 

S.Möhbalıyevin təklifi ilə iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinə qarşı Tovuz istiqamətində gedən döyüşlərdə  şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra S.Möhbalıyev Məclis üzvlərinə Həmkarlar İttifaqının sədri işləmiş Etibar Əliyevin vəfatı ilə əlaqədar yeni sədrin seçilməsilə bağlı məlumat verib. AHİK sədri uzun illər  təşkilata rəhbərlik etmiş Etibar Əliyevin fəaliyyəti haqqında danışıb.

 

Məclisin  yekdil qərarı ilə əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Həmkarlar İttifaqı sistemində məsul vəzifələrdə çalışmış Hüseyn Qubad oğlu Kərimov Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri seçilib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı